Qərbi Azərbaycan → Əbdülmənaf Hacıyev
Həyatı[redaktə]
Hacıyev Əbdülmənaf Qəhrəman oğlu 1896-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında (indiki Ermənistanın Sisiyan rayonunun Urud kəndində) anadan olmuşdur.
Orta təhsilini Gorus rayonunda Oğlanlar Seminariyasında aldıqdan sonra, təhsilini davam etdirmək üçün Moskva Hüquq Elmləri Akademiyasına daxil olmuş, 1932-ci ildə hüquqşunas ixtisası ilə oranı bitirmişdir.
Əmək fəaliyyətinə 1920-ci ildə Qubadlı qəzasının Eyvazlı-Xanlıq kənd məktəbində müəllim kimi başlamış, 1930-cu ildə Ağdam rayon Maarif İşçiləri Həmkarlar İttifaqinın sədri, 1931-1933 illərdə Ağdam rayon Maarif şöbəsinin müdiri, daha sonra təhsilini davam etdirərək Moskva Ali Həmkarlar Hərəkatı məktəbini bitirmiş, 1933-1936-cı illərdə Naxçivan şəhər Maarif şöbəsinin müdiri, Maarif Nazirliyində savadlandırma kursları üzrə siyasi maarif şöbəsinin müdiri, daha sonra Naxçıvan Vilayət Partiya Ardı »