Maraqlı melumatlar → Mülayim olmaq və qəzəbdən əl çəkmək
İslamın mülayimliyi əmr etməsi onun kamilliyindəndir. Gözəl əxlaq qəzəbi tərk etməkdir. Kim tez qəzəblənərsə pisliklərə dözməz və bir pislik baş verəndə özünü idarə edə bilməz. Beləliklə o gözəl əxlaq və davranışın nə olduğunu bilməz. Ona görə İslam mülayim olmağı və qəzəblənməməyi əmr etmişdir.
Allah taala buyurur:
"Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış, Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali İmran: 133-134).
Peyğəmbər (sav) mülayimliyin Allah tərəfindən sevilən xasiyyət olduğunu bildirərək səhabələrdən sayılan Abdullah İbn Əşəcc əl-Qeysə (r) buyurmuşdur:
"Səndə, Allah taalanın sevdiyi Ardı »