Maraqlı melumatlar → İslamın Gözəllikləri (Ailə qanunları - Qadın Haqları)
İslamda qadın hüquqları:
1. İslamdan öncə, Cahillik dövründə insanlar qız uşaqlarını özlərinə ayıb və ar hesab edərdilər. Bu hissiyat bəzi yerlərdə, başqa üsullarla, hələ də davam etməkdədir. İlk Cahillik dövründə bəziləri doğulmuş qız uşaqlarını diri-diri basdırırdılar. Müasir Cahillik dövründə isə çox insanlar var ki, uşağının qız olduğunu bilib uşağı saldırır (abort etdirir) və həmin körpəni həyatdan məhrum edirlər.
İslam dini qız uşaqlarına qarşı olan bu münasibəti rədd edir, onlara bəslənən nifrət və məyusluğa qarşı mübarizə aparır, qadınlara həyatda zəruri olan hüquqlarını verir. Ona görə də Cahillik dövrünə bunu eyib sayaraq buyurmuşdur:
"Onlar Allaha qızlar isnad edirlər (Mələklər Allahın qızlarıdır, deyirlər). Allah pakdır, müqəddəsdir. (Onun Ardı »