Maraqlı melumatlar → Valideynlərə yaxşılıq etmək və qohumluq əlaqələrini bərkitmək
Bu əzəmətli dinin daha bir gözəlliyi ailə və cəmiyyət əlaqələrini tənzimləməsidir. O, ailənin sonra isə cəmiyyətin bir-birinə bağlanmasına xüsusi diqqət yetirir. Müsəlmana, qohumluq dərəcəsindən asılı olaraq öz yaxınlarına yaxşılıq etmək və onlarla əlaqələrini bərkitmək əmr olunur.
Bu haqda Allah taala buyurur:
"(Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!" (ər-Rum: 38).
Peyğəmbər (sav) hədislərin birində buyurur:
"Allah taala analarınızı sizə tövsiyə edir. Allah taala analarınızı sizə tövsiyə edir. Allah taala analarınızı sizə tövsiyə edir. Allah taala atalarınızı sizə tövsiyə Ardı »