Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarFaydasız yerə pul xərcləmək

Menim size sualim odur ki,
insanin xerclediyi pullar axiretde sorgu sual edilcekdir bu dogrudur?
Birde eger bu dogrudursa men bunu bu gune qeder bilmirdim,yeni bu gune
qeder men pullari bezi faydasiz seylere xerclemisem ozu bilmeden ki, bunun
hesabi sorulacaq. Menim sualim odur ki, men bilmeden xerclediyim pullarin
hesabi sorulacaq?yeni men bilmirdim ki, axiretde biz buna cavab
vereciyik.Evvelceden cox sagolun.Allah Amaninda.

Əlbətt ki insan faydasız yerə xərclədiyi pullara görə hesaba çəkiləcək.
Peyğəmbərimiz (sav) buyurmuşdur:İnsan qiyamət günü mal dövləti necə qazanmışdır və necə xərcləmişdir barəsində sorğu sual edilmədən yerindən tərpənməyəcəkdir.
əlbəttə ki söz tövbə edərək və birdə bu əmələ dönməsəniz tövbələr qəbuldur.
Allah köməyiniz olsun. Ardı »

Maraqlı melumatlarBir Yetimin Savabı...

Məhəmməd səlləllahü əleyhi və alihi və səlləm
bir yetim saxlayırdı.Bu yetim Həzrəti cox
incidirdi,amma Həzrət bu cətinliklərə
dözüb ,yetimlə cox mehriban davranırdı.İllə­r
keçdi ,yetim dünyasını dəyişdi.Yetimin
ölümündən sonra Həzrət çox
agladı .Əshabələr Həzrətin bu cür çox
aglamagına təəcüb etdilər və nəhayət sual
edib dedilər:
-Ya Rəsul Allah ,sən öz ölənlərin üçün bu
qədər ağlamamısan.Biz­im gözümüzün
qabagında bu yetim səni incidib,başına
müsibətlər gətirirdi.İndi isə yetim
öldü ,müsibətdən qurtardın ,bəs necə
vaxtdır ki,aglamaqdan niyə dayanmırsan?
Bunun səbəbini bizə başa sal.Həzrət
əshabələrə cavab verib deyir:
-Mən bu yetimdən cox xeyir
götürürdüm.Yəni­ Allahın bu cür əzazil
bəndəsini mənə verdiyi əzablarına dözüb ,bu
cür bəndələrlə mehriban Ardı »

Maraqlı melumatlarPEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Ficar döyüşü və Hilful-Fudul anlaşması

Ficar döyüşü

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), iyirmi yaşlarında ikən, Qureyş və Kinanə ittifaqı ilə Qays və Aylan qəbilələrinin qurduğu ittifaq arasında, Ukaz bazarında bir döyüş baş verdi. Döyüş şiddətləndi və iki tərəfdən də bir çox şəxs öldürüldü. Sonra ölülərini sayıb qanbahası etmək üçün bir atəşkəs etdilər. Daha sonra da barış təmin olundu və arada düşmənlik və şiddətə son qoyuldu. Rəsulullah da bu döyüşə qatılmış və əmisi oğullarına ox hazırlamaqda köməklik göstərmişdir. Bu döyüşə Ficar deyilməsinin səbəbi, döyüşdə Məkkənin və haram ayların hörmətdən salınmasına görədir. Ficar hərbinin üç ili mübahisə və yüngül döyüşlər ilə keçmiş, dördüncüsündə isə, döyüş şiddətlənmişdir

Hilful-Fudul

Ficar döyüşündən Ardı »

Maraqlı melumatlarPEYĞƏMBƏRİMİZİN (s.a.v) həyat-Qureyşlilərin Həbəşistana hicrət edənlərə qarşı etdikləri hərəkətlər

Qureyşlilərin Həbəşistana hicrət edənlərə qarşı etdikləri hərəkətlər

Müsəlmanların onlardan qaçıb, can və iman təhlükəsizliklərini təmin edə biləcəkləri bir yerə köçmələri, müşriklərə çox ağır gəldi. Onları yenidən Məkkəyə gətirmələri üçün aralarından o dövrün dahiləri olaraq bilinən iki elçi göndərdilər. Bunlar Amr bin As və Abdullah bin Rəbiədir. Hər ikisi də hələ şirk üzərindəydilər.

İki Qureyş elçisi planlı bir şəkildə Həbəşistana gəldilər. Müsəlmanlar haqqında Nəcaşi ilə danışmadan əvvəl patriarxlarla danışıb, gəliş səbəblərini anladaraq onlara hədiyyələr verdilər. Patriarxları razı etdikdən sonra, Nəcaşinin hüzuruna çıxıb ona da hədiyyələr təqdim edib belə dedilər :

"Ey kral, sənin ölkənə bizdən bəzi axmaq kölələr sığındılar. Millətlərinin dinini tərk etdilər Ardı »

Maraqlı melumatlarYALANÇI VƏD

Peyğəmbər (s) buyurur: “Münafiqin əlaməti üçdür: Danışanda yalan danışar, vəd edəndə vədinə xilaf çıxar, ona bir şey əmanət olunduqda əmanətə xəyanət edər”. (Buxari “Fəthul Bari” 1/89 Müslim 1/78)

Başqa bir hədisdə rəsulullah (s) buyurur: “Kimdə bu dörd şey olsa, o, əsl münafiqdir. Kimdə bu dörd şeydən əlamət varsa, onu tərk edənə kimi onda nifaqın əlamətləri qalar: Ona bir şey əmanət ediləndə, əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd edərkən vədini yerinə yetirməz, münaqişə etdikdə çirkin əmələ əl atar”. (Buxari “Fəthul Bari” 1/89 Müslim 1/18) Ardı »

Maraqlı melumatlarTukenmeyen Ata Sebri...

Ata oglu ile birlikde heyetde oturub tebieti seyr edir.Ogul qezet oxuyur,ata ise sakitce oturub dusunur.Ele bu vaxt bir serce budaga qonur.Ata oglundan sorusur: Ogul,bu nedir?.Ogul bir atasina,birde serceye baxaraq narazi halda cavab verir: Ne olacaq adi sercedir.Bir nece deqiqe kecir.Ata basqa bir serceni gosterib. sorusur: Ogul bu nedir??Ogul bu defe bir qeder sert cavab vererek deyir.Ata,ne olacaq adi sercedir.Az kecmis sonra ata bir daha oglundan sorusur.Ogul bu nedir?Ogul bu defe qezeti esebi halda kenara qoyub cvb verir.Ata,axi bu menasiz suallardi verirsen?Meger onun serce oldugunu bilmirsen?Ata bir soz demir qalxib eve gedir.Az qayidaraq elindeki qalin defteri ogluna gosterib deyir..Bu sehifeni uca sesle Ardı »

Maraqlı melumatlarSələfin Həyatından İbrətlər (2)

Səlfin böyük imamlarından olan Tavus (rahiməhullah) haqqında rəvayət edilir ki, o bir dəfə bazarda yandırılaraq ütülmüş və dişləri ağarmış qoyun başlarını gördükdə, Cəhənnəm əhlini xatırlayaraq huşunu itirir. Ardı »

Maraqlı melumatlarQİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (22-25)

22-ci əlamət: valideylərə hörmətsizlik
Cəbrayıl haqqında məlum hədisdə Allahın Rəsulunun (sav) belə dediyi xəbər verilir: «Kəniz qız öz xanımını doğacaq, lüt və evsiz-eşiksiz dəvə otaranlar isə hündür binalar tikməkdə bəhsə çıxacaqlar».(Buxari və Müslim)

Bu hədisin bir neçə təfsiri var.
Əl-Xattabi yazır: «Bu, o deməkdir ki, İslam sürətlə yayılacaq, onun ardıcılları isə bütpərəstlərin torpaqlarını zəbt edib uşaqlarını əsir götürəcəklər. Əsir edilmiş kənizlərdən də uşaqlar doğulacaq ki, onlar sahibləri kimi hüquqlara malik olacaqlar. Beləliklə, qul öz ağasını doğacaq».(Maalim əs-Sünən», c. 7, səh. 67)
Amma İbn Kəsir və İbn Həcər bununla razılaşmayıblar. İbn Həcər yazır: «Bütpərəstlərin ərazilərinin işğalı və onların uşaqlarının əsir alınması artıq İslamın yayılmasının ilk illərində Ardı »