Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarİbn Abbasın Xəvariclərlə Mübahisəsi:

Abdullah İbn Abbas t deyir: hərurilər (xəvariclər) zühur etdikdə altı min idilər. Mən Əliyə t: "Ya Əmirəl Muminin sən namazı bir az gecikdir mən onlarla söhbət edim!" –dedim.
O, "mən sənin üçün təhlükədən qorxuram!" – dedi. Mən: Sən heç narahat olma deyərək, ən gözəl paltarımı geyinib yola düşdüm və onların toplandıqları evə gəldim. Onlar günorta istirahətində idilər. Onlardan daha şiddətli ibadətə həris olanını görməmişdim. Əlləri dəvə dizi kimi idi (Çox ibadət etməkdən qabar atmışdı), üzlərində səcdənin əlaməti görsənir, əyinlərində yuyulmuş paltarlar var idi. Üzləri yuxusuzluqdan zəifləmişdi. Yanlarına gəlincə dedilər:
- Bu geyindiyin paltar nədir?
- Məni bununla təqsirkar sayırsızmı? Mən Rəsulallahın e əynində Ardı »

Maraqlı melumatlarTövbə Yalnız Dildə Olmur

TÖVBƏ YALNIZ DİLDƏ OLMUR

Tövbə tək tələffüz deyil. Yalnızca dilin və səs tellərinin iştirakıyla müəyyən ləfzin meydana gəlməsi deyil. Başqa sözlə, təkcə zahiri təzahürlərlə kifayətlənmir tövbə. Allah o gündən saxlasın insanı ki, dinin, inancın təqdim etdikləri tövsiyələri zahirdə göstərməklə kifayətlənsin, əməlində təzahür etməsin. Allah eləməsin ki, İslam insan üçün bir terminoloji dil olaraq kifayətləndirilsin. Yalnız sözdə, danışıqda müəyyən istilahlarla təzahür etsin insanın inancı.

Şübhəsizdir ki, insanda yalnız məlumatların olması kifayət etmir. İnsan bilgiləri əmələn yaşatmalıdır. Bilgilər, məlumatlar insanın əməllərində təzahür tapdıqda bunların mənası var.

Tövbə də elədir. Dillə iqrar etməklə iş bitmir. İnsanın ruhiyyəsində iz buraxmalıdır onun tövbəsi. Bir yeni təravətlilik, bir yeni nəfəs Ardı »

Maraqlı melumatlarİXLASLA EDILMIŞ ƏMƏLIN SAVABI INSANI ÖLÜMDƏN QURTARAR

Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Allahın razılığına qazanmaq naminə edilmiş ixlaslı (səmimi) əməlin insana faydası barədə aşağıdakı rəvayəti öz səhabələrinə danışdı: Keçmiş zamanlarda Bəni-Israil qövmündən üç nəfər səyahətə çıxmışdı.



Onlar yolüstü bir dağın mağarasına çəkilib ibadət etməyə başladılar. Qəfildən zəlzələ qopdu, iri bir qaya parçası dağdan qopub aşağı diyirləndi və mağaranın girişini bağladı. Mağaradakılar başa düşdülər ki, yalnız Allaha sığınıb Ona təvəkkül etməklə xilas ola bilərlər. Çünki qaya parçasını yerindən tərpətmək onların qüvvəsi xaricində idi. Qərara gəldilər ki, onların hər biri ömrü boyu yalnız Allah naminə etdiyi heç olmasa bir əməli yada salıb danışsın. Bəlkə Allah-təala həmin əməlin xatirinə onlara Ardı »

Maraqlı melumatlarGecə namazı arasında su içmək olarmı?

sual-
salam Yashar muellim. Yene de sualim gece namazina aid olacaq. Gece namazinin her
iki ruketlerini bitirdikde 1 qeder fasile vermek olar? meselen su icmek ucun?
Gece namazinin her iki ruketlerinin arasinda, yeni birinden o birisine kecdikde
oxumusham ki 3 defe esselat demek lazimdi. Dogurdan da beledi?

cavab-
va aleykum salam.
Əlbəttə ki olar.
Amma salavat deyiləməsini eşitməişəm. Ardı »

Maraqlı melumatlarAxirətdə Allahı görmək barəsində

Allah Təala Quranda qiyamət gününü xatırladanda belə buyurur: «O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!» (Əl Qiyamə surəsi, 22-23)

Baxmaq sözünü üzlər sözünə aid elədi. Üzdə görməyi bacaran da gözlərdir. Ayədə Allahın gözlə görülə bilməsinə dəlil var. Ancaq Allahı görməyimiz Onu əhatə etməyimiz demək deyil. Çünki Allah belə buyurur: «Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!» (Taha surəsi, 110) Və əgər Allahı elmimiz ilə əhatə etməyimiz mümkün deyilsə, elmi əhatə etmək, gözlə əhatə etməkdən daha genişdir. Allahı gözlə görüb əhatə etməyimiz mümkün deyil. Buna dəlil Allahın bu ayəsidir : «Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk Ardı »

Maraqlı melumatlarCəbrayıl (mələk)

Cəbrayıl (Cibril) iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Ardı »

Maraqlı melumatlarDOĞUM gününə “ÖLÜM” təbriki

Gündə bir kərpic düşür,
Ömrümün sarayından

[Nizami Gəncəvi]

“Doğum günü!” Nədənsə bizdə bu gün “ad günü” kimi qeyd olunur. Hər kəs, - sevdiklərin, dostların, tanışların, - səni bu dünyaya gəlməyin münasibəti ilə təbrik edir, sənə uzun ömür, can sağlığı arzu edir, hədiyyələr verir, xoş sözlər söyləyir və sevinirlər? Sən də sevinirsən… Amma niyə?...

İnsanı qocaldığı üçün təbrik edənlər nə düşünürlər? Hər halda onun nə vaxtsa, öləcəyini düşünmürlər. Düşünsələr bəlkə də, sevinməzlər. Düşünüb, sevinsələr də, onu adi sözlərlə təbrik etməz, daha doğrusu “təbrik etməyə” bəlkə də söz tapa bilməzlər. Çünki, “Ölüm danışınca hər kəs susar”. Çünki, “Ölümün səsi bütün səslərin üstündədir”… Ölüm son sözdür. Ardı »

Maraqlı melumatlarPEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı-Müşriklərin güzəştləri və Rəsulullaha bərabərlik təklif etmələri

Müşriklərin güzəştləri və Rəsulullaha bərabərlik təklif etmələri

Müşriklər bütün bu cazibədar təkliflərin nəticə vermədiyini görəndə, din barəsində bərabərliyi təmin etməyi düşündülər və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a sənin xeyrinə olacaq bir təklifimiz var. dedilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) "o nədir?" buyurdu.

Onlar : Bir il sən bizim tanrılarımıza, bir il də biz sənin tanrına ibadət edək. Əgər biz haqq üzərindəyiksə, sən də nəsibini almış olarsan, yox əgər, sən haqq üzərindəsənsə, biz də nəsibimizi almış olarıq. dedilər. Bunun üzərinə Allah : «De: "Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm......» ayələriylə başlayan Kəfirun surəsini və «De: Mənə Allahdan qeyrisinəmi ibadət Ardı »