Maraqlı melumatlar → İmam namazı uzatmamalıdır. İmama tabe olmaq vacibdir...
İmama namazı uzatmamaq əmr olunur:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Camaata namaz qıldırarkən çox uzatmayın. Çünki onların arasında zəiflər, xəstələr və qocalar var. Özü tək qıldıqda namazı istədiyi qədər uzatsın»[1].
İmamın birinci rükəti uzatması:
Əbu Səid deyir ki, «Zöhr namazı başlayanda bir kimsə bəqiyə gedib öz ehtiyacını görər, sonra dəstəmaz alıb gələr və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hələ birinci rükəti qıldığını görərdi. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu rükəti uzadardı»[2].
İmama tabe olmaq vacib, onu ötmək isə haramdır:
Ənəs Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və Ardı »