Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarQüsul

sual-
Suallarimi cavablandirdiginiz ucun size cox minnetdaram. ALLAH sizden
razi olsun. Bele bir sualim var size. Qusl vererken insan casib
bilmeyerekden nese soz dese (meselen tutalim ureyinde nese
fikirlesir ve
bilmeyerekden diline getirir) qusulu batil olarmi? Zehmet olmasa

cavab-
va laleykum salam.
Qüsul vaxtı danışmaq olar.Bu qüsulu batil etmir. Ardı »

Maraqlı melumatlarƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-ƏZİZ

əl-Aziz – Qiymətli, izzət sahibi, möhtərəm, qüvvətli, heç vaxt yenilməyən, üstün, uca, şərəf sahibi. Azzə - kökündən gəlməkdədir. Hər şeyə gücü çatandır. İzzət – tam olaraq zillətin, düşkünlük, aşağı olmaq, acizliyin ziddidir. «O, Əzizdir, Həlimdir (yenilməz qüvvət və hikmət sahibidir)». (əl-Həşr 22-24). O, izzətinin mükəmməliyi ilə qullarına hökm edən və bu hökmü onlar üzərində icra edəndir. Allah qullarının qəlblərini və iradələrini dilədiyi tərəfə çevirəndir. O, dilərsə qul ilə qəlbi arasına girər. Qurani Kərimdə 91 yerdə keçməkdədir. Heç vaxt tək zikr edilməmiş. Başqa bir isimlə zikr edilmişdir. Bu İsmin keçdiyi 91 ayədən 50-si Məkkədə, 41 isə Mədinə surələridir. Ardı »

Maraqlı melumatlarDini Kəlmələr

Allahım! Qəlbimə sənin qorxundan elə bir pay ver ki, nəfsim günah
etməyə yönəldiyində o qorxu mənimlə günahın arasına girsin.


Oruclunun yanında oruc tutmayanlar yemək yeyəcək olarsa, Mələklər orucluya rəhmət oxuyarlar.


Müsəlman şəxsiyyətindən utanan deyil, o şəxsiyyətə layiq olmadığı üçün özündən utanan kimsədir.


Qurana hörmət, onu divara asıb qarşısında saatlarca dayanıb, öpmək deyildir, hörmət onun dediklərini edib qəlbə yerləşdirməkdir.
Şeytanın vəsvəsəsi varsa, müsəlmanın bəsmələsi var.


Əslində insanlar, sadəcə dua edərkən dürüstdür.


Allahı bilmək ilə Onu sevmək arasında nə qədər böyük bir məsafə var!


Allah sahib olduğu qüdrəti gözlə görünən şeylər vasitəsiylə göstərərək, görünməz ehsanlarda tapılma qüdrətini də göstərir.


Allahın özünü gizləyir olduğunu söyləməyən heç bir din haqq deyildir. Allahın özünü Ardı »

Maraqlı melumatlarPadşahın tikdirdiyi məscid

Bir padşah məscid tikdirir.Məscidin üzərinə lövhə vurdurur və lövhədə bu məscidi özü tərəfindən tikdirdiyini yazdırır. Məscid hazır olarkən, padşah cümə günü məscidin açılışını etmək qərarına gəlir. Lakin gecə ilə padaşahın qardaşı gəlib gözəltçilərə tapşırıq verir ki, o lövhəni çıxarıb yerinə özünün gətirdiyi lövhəni vursunlar. Öz gətirdiyi lövhənin üzərində isə padşahın deyil, öz adı yazılmışdı. Səhər padşah açılış etmək üçün məscidə gəldikdə məscidin üzərinə vurulmuş lövhədə onun adı deyil qardaşının adı yazıldığını görür və təəccüblənərək gözəltçilərə:
-Bunu kim etmişdir?-deyə soruşur. Gözətçilər:
-Qardaşın gəldi və göstəriş verdi. Bizdə dəyişdik!-deyə cavab verirlər.
Padşah qardaşını çağırtdırır və deyir:
-Niyə belə etmisən?
Dövrünün böyük alimlərindən olan padşahın qardaşı deyir:
-Axı fərqi nədir? Ardı »

Maraqlı melumatlarYaxşılıq haqqında hədislər

Allahın Peyğəmbəri (s) :«Yaxşılığı qəlbin nuru, üzün zinəti və işin qüvvəsi, günahı isə qəlbin qarası, işin zəifliyi və üzün eybəcərliyi gördüm.» (Kənzul-Ummal, hədis 44084)
1. Yaxşılıqların dəfələrlə artması.
Qur’an:
«Hər kəs bir yaxşı iş görərsə, ona on dəfə artıq mükafat verərlər. Hər kəs bir pis iş görərsə, o qədər də cəza görər və onlara zülm olunmaz.» (Ənam, ayə 160)
Hədis:
2. İmam Səccad (ə) :«Vay o kəsin halına ki, onun birləri onlarına qalib gələ.» İmamın (ə) məqsədi budur ki, pislik bir dəfə kimi, yaxşılıq isə onqat hesablanır.» (Tuhəful-Uqul, səh.271)
3. İmam Sadiq (ə) :«Mömin bir yaxşı iş görərsə, Allah-taala onun hər yaxşı əməlini yeddi yüz Ardı »

Maraqlı melumatlarMəhərrəm ayının əməlləri

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır. Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz Ardı »

Maraqlı melumatlarSəhih Müslim (Zahidlik (Tərki-dünyalyalıq) və (qəlbi) incəliklər)-Kim bir əməldə Allahdan başqasını

On beşinci fəsil: Kim bir əməldə Allahdan başqasını şərik qoşarsa...

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Allah-Təala buyurdu: “Mən şirk qoşulanların şirklərindən Ucayam. Kim bir əməl işlər və onda başqasını mənə şərik qoşarsa, onu və şirkini tərk edərəm.”

On altıncı fəsil: Əməlini eşitdirən və riyakarlıq edən haqda.

Abdullah ibn Abbas (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Hər kim əməlini eşitdirərsə, Allah onu eşitdirər. Hər kim riyakarlıq edərsə, Allah onun iç üzünü meydana çıxarar.” Ardı »

Maraqlı melumatlarAldığımız hər nəfəs bizi ölümə yaxınlaşdırır

- Yaşadığımız hər an Allahı daha çox sevib, Allahdan daha çox qorxa bilərik.

- Yaşadığımız hər an Allahın razılığını qazanmaq üçün daha çox səy göstərə bilərik.

- Yaşadığımız hər an Allaha daha çox dua edə bilərik.

- Yaşadığımız hər an Allahdan daha çox bağışlanma diləyə bilərik

- Yaşadığımız hər an əvvəlki andan daha səmimi ola bilərik.

- Yaşadığımız hər an daha dərin imanlı, daha təqvallı bir insan ola bilərik.

- Yaşadığımız hər an vicdanımızdan daha çox istifadə edə bilərik

- Yaşadığımız hər an ağlımızı və gözəl əxlaqımızı daha çox inkişaf etdirə bilərik.

- Yaşadığımız hər an Quran əxlaqını izah etmək və yayılmasını Ardı »