Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarHəzrət Fatimənin (ə) Toy Mərasimi

Peyğəmbərin (s) əmri ilə Bəni Haşım qəbiləsi və əshab o gün bir yerə yığıldılar. Daha sonra Peyğəmbər (s) bir xütbə oxuyaraq Əli ilə Fatiməni evləndirdi. Kəbininə də dörd yüz misqal gümüş təyin etdi. Əshabdan birisi deyir: “Həzrət Fatimənin (s.ə.) kəbin mərasimində Peyğəmbər (s) qoyun kəsib sadə bir yemək verəndən sonra, hamıdan bu barədə şahidlik aldı”. Həzrət Zəhranın (s.ə.) kəbinin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. O axşam Peyğəmbər (s) Fatimənin (s.ə.) əlini Əlinin (ə) əlinin üstünə qoyub buyurdu: “Ey Əli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır.” Sonra isə Fatiməyə sarı dönüb buyurdu: “Ey Fatimə! Əli də Ardı »

Maraqlı melumatlarDinsiz əxlaq ola bilərmi ?

Bugün pis hesab edilən bəzi əməllərin keçmiş millətlərin bir qismində təqdirlə qarşılandığı bildirilir. Səthi anlayış və qavrayış səbəbiylə insanların yaxşı və pisin müəyyən edilməsində ortaq fikrə gələ bilmədikləri də məlumdur.Əxlaq insanın sadəcə davranışlarını deyil, davranışlarını istiqamətləndirən hisslərini və daxili dünyasını tərbiyə etməyi hədəfə alır. Onun yeyib-içməyi, oturuş-duruşu və geyimi ilə maraqlanır. Əxlaq insanın davranışlarına istiqamət göstərən qəlbin tərbiyə edilməsini də əhəmiyyətli hesab edir. Ona sevgi, yaxşılıq, mərhəmət, və şəfqət hisslərini mənimsədərək yaxşını, doğrunu və gözəli öyrədir. Uzaqlaşmadığı təqdirdə fəlakətə gətirib çıxaracaq zərərli və təhlükəli hiss və davranışlara işarə edir.
Təcrübə göstərir ki, dini təlimlərə etinasız yanaşan və Allaha inanmayanlar arasında da əxlaqlı Ardı »

Maraqlı melumatlarQİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ) ALTINCI MƏSƏLƏ

Dəccalın rübubiyyət çağırımının batil olması barədə

Dəccala məxsus bu sifətlər tam naqisdirlər. Bu zəif və naqis məxluq necə rübubiyyət iddiasında ola bilər? O iddia edir ki, insanların Rəbbidir. İnsanların Rəbbini bu dünyada gözlə görmək olmaz. Peyğəmbər (sav) deyir: "Bilin ki, sizdən heç kəs ölənə kimi belə öz Rəbbini görə bilməz".
(Müslim "Səhih". Fitnələr kitabı 18/37)

Bundan əlavə o normal məxluq deyildir. Onun çoxsaylı eyibləri vardır ki, onları gizlətmək olmaz. Bunlardan biri də onun tək gözlü olmasıdır. Bu barədə Peyğəmbər (sav) demişdir: "Allah sizdən gizlənmir, Allah tək göz deyildir". Bu zaman o, öz iki gözünü əli ilə göstərərək demişdir ki: Məsih Dəccalın sağ gözü kordur. Ardı »

Maraqlı melumatlarPeyğəmbərimizin (s) çəkindirdikləri

Peyğəmbərimizin (s) çəkindirdikləri
Şeyx Səduq Peyğəmbərdən (s) rəvayət etmişdir ki, o həzrət (s) bir çox şeyləri nəhy etmişdir. Bu nəhylərin bə`ziləri məkruh, bə`ziləri də mühərrəmatlardır. Biz onların müəyyən qismini burada qeyd edirik:

1.Cənabət halında yemək yemək.

2. Hamamda misvak etmək.

3. Ağızın, yaxud burunun suyunu məsciddə yerə atmaq.

4. Məscidləri yol üstü keçid vasitəsi kimi istifadə etmək. Həzrət (s) buyurub: ”Yo-lunuzu məscidlərdən salmayın. Əgər belə etsəniz, orada iki rükət namaz qılıb sonra oradan çıxın.”

5. Meyvə ağacının altına bövl etmək.

6. Sol əllə yemək yemək.

7. Yemək yeyərkən söykənmək.

8. Məqbərələri tə`mir etmək və orada namaz qılmaq.

9. Açıq yerdə çimərkən, yaxud qüsul alarkən övrəti açıq saxlamaq.

10. Axarı olmayan suya bövl Ardı »

Maraqlı melumatlarAza qane olmaq daha yaxşıdır

“Üsuli-Kafi” kitabında İmam Zeynül-abidindən (ə) rəvayət edilir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) bir gün səhabələri ilə birlikdə səhradan keçirdi. Dəvə sürüsünü otaran bir çobana rast gəldilər.

Peyğəmbər də, səhabələr də acımışdılar. O həzrət adam göndərib çobandan xahiş etdi ki, onlara içmək üçün süd versin. Çoban Peyğəmbərə belə cavab yolladı: “Dəvələrimin əmcəyində olan süd ailəmin və qohum-əqrəbamın sübh yeməyi üçündür. Sağıb qablara tökdüyüm südü isə axşam yeməyində içəcəklər. Sizə veriləsi artıq südüm yoxdur”. Çobanın cavabını Peyğəmbərə xəbər verəndə o həzrət bu cür dua etdi: “İlahi, bu çobana çoxlu mal-dövlət və oğul-uşaq ver”.

Səhabələr Peyğəmbərin başçılığı altında yollarına davam etdilər. Azacıq gedəndən sonra öz qoyunlarını Ardı »

Maraqlı melumatlarDua Möminin Silahıdır

Ibn Əbu Dünya duaları qəbul olunanlar və dua barəsində fəsillərində əl-Həsənin hekayəsini rəvayət edir ki, Peyğəmbərin , sahabələrinin, ənsarların arasında Əbu Muallək adlı bir kişi var idi. O ticarətlə məşğul olurdu, özünün və başqalarının malları ilə uzaq ölkələrə səfər edərək onları satardı. O dinpərəst və təqvalı insan idi. Bir dəfə səfərdə ona təpədən dırnağa kimi silahlanmış quldur rast gəlir. O ona dedi:
-Nəyin varsa qoy və mən səni öldürəcəyəm.
- Qanımı nəyə görə tökürsən? Axı sənə yalnız mənim malım lazımdır –sahabə cavab verdi.
- O onsuzda artıq mənimdir, lakin mən səni öldürmək istəyirəm.
- Bu halda icazə ver dörd rükət namaz qılım.
- İstədiyin qədər Ardı »

Maraqlı melumatlarAteizmin Ateistliyi

Ateizm heç zaman məsuliyyətdən bəhs etməz. Məsuliyyət hissi bütün canlılar arasında, sadəcə, insana məxsus olan bir hissdir. Hər bir insan isə bu hissi öz daxili aləminin zənginliyinə görə mənimsəyir, dərk edir. Kiminsə məsuliyyət hissinin aşağı olması, onun daxili aləminin zəngin olmamasının göstəricisidir. Məsuliyyət hissi təkamül nəzəriyyəsinin aça bilmədiyi məsələlərdən biri olmaqla bərabər, ateizm, insanın sadəcə materiyadan ibarət olduğunu iddia etdiyi üçün insanın daxili aləmini və ondan gələn hər hansı bu kimi hissləri də qəbul etmir. Ateizmin məsuliyyətdən danışmağı rədd etməsinin əsas səbəbi də budur.


Atezizmin insanın ruhsuz və sadəcə maddədən ibarət olduğu iddiasına incəsənətin gözü ilə baxdıqda da bu iddianın cəfəngiyat Ardı »

Maraqlı melumatlarİslam Əxlaqlı qadını ucaldar

Allaha könüldən bağlı olan müsəlman qadınlar, bütün həyatlarını Allahın bildirdiyi hökmlərə görə nizamlayar və
Quran əxlaqını yaşamaq haqqında böyük bir diqqət göstərərlər. Bu səbəblə İslam dini bütün insanlara olduğu kimi, ömürləri boyunca
Allah yolunda yaşayan qiymətli mömin qadınlara da, həm dünya həyatında, həm də axirətdə həqiqi mənada qürur, şərəf və möhtərəmlik verər və
onlara üstün əxlaq qazandırar. Bir insanın şəxsiyyətini gözəlləşdirib üstün hala gətirən, xarakterini sağlamlaşdıran, əxlaqını gözəlləşdirən,
davranışlarını təsirli edən əsas olaraq o adamın imanı, Allah qorxusu və təqvasıdır.Bu, Allahın Quran ilə bildirdiyi əhəmiyyətli bir sirr, insanların diqqətlə düşünüb öyüd almalarını tələb edən əhəmiyyətliməlumatdır.Quran əxlaqı, insanlara ən güclü, ən möhkəm və ən gözəl şəxsiyyəti Ardı »