Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarCƏNNƏTDƏ PEYĞƏMBƏRLƏ QONŞU OLAN ŞƏXS

Bir gün Həzrət Musa Peyğəmbər (ə) Allaha dua edib buyurdu: “Ay Allah! Sən məni öz kəlamına layiq bilmisən (yəni mənimlə danışmısan), məni cənnətə aparacağını vəd etmisən. Bilmək istəyirəm ki, cənnətdə mənim qonşum kim olacaq?”.

Allahdan vəhy gəldi: “Filan məhəllədəki filan qəssab səninlə cənnətdə qonşu olacaq”. Həzrət Musa (ə) çox təəccüb etdi ki, necə ola bilər, bir qəssab axirət aləmində peyğəmbərlə eyni məqamın sahibi olsun? Bu fikirlə həmin qəssabın dükanı yerləşən məhəlləyə gəldi. Baxıb gördü ki, dükanda işləyən qəssab xoşsimalı cavan bir oğlandır. Oğlan axşama kimi dükandakı ətləri satmaqla məşğul oldu. Axşam ətdən qalmış bir tikəni də götürdü, dükanı bağlayıb evinə yola düşdü. Ardı »

Maraqlı melumatlarEY YARADAN! (SEIR)

Cismani gozle gorduyumu,
Batini gozle tapiram.
Sevgilerin gozelini,
Seni sevmekde tapiram,
Senki varsan Varliqlarda.
Varliqlari Sen yaratdin!
Senki varsa ruhumuzda.
Ruhumuzu Sen yaratdin!
Senki varsan her kelmede,
Kelmeleri Sen yaratdin!
Senki varsan Yerde Goyde,
Yeri Goyu Sen yaratdin!
Alemleri yaradana,
Merhemeti pak olana.
Sevgiye laiq olana,
Sukurler! Sukurler olsun! Ardı »

Maraqlı melumatlarQuran şəfadır..

Allah təala Qurani Kərimi ard-arda, insanların məsləhətlərinə görə nazil etmişdir. Qurani Kərim bərəkətli, mübarək, müqəddəs, bənzəri olmayan bir kitabdır. Allah təala buna belə işarə etmişdir: “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi, 29).

Yəni, bu Quranın xeyirləri və dini faydaları çoxdur. O endirilmişdir ki, ayələrini düşünək, onda olan fövqalədə sirrləri və uca hikmətləri təfəkkür edək. Möhkəm ayələr Quranın anası, yəni əsasıdır. İnadçılıqdan və özünü böyük tutmaqdan uzaq, mütəşabeh ayələrə fitnə çıxarmaq məqsədi ilə tabe olmaqdan çəkinən, haqqı istəyən, tabe olaraq anlayıb düşünən Ardı »

Maraqlı melumatlarUca Allahın: «Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!» (Zuha, 93/7) ayəsinin anlamı

Bu kərim ayənin zahiri mənasından Peyğəmbərin (sallallahu əleyhi və səlləm) ona vəhylər nazil olmamışdan öncə zəlalət içində olduğu təsəvvürü yaradırdı. Halbuki Uca Allah: «…Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut…» (Rum, 30/30) – deyə buyurur və bu buyruq Peyğəmbərin (sallallahu əleyhi və səlləm) hənif dininə görə yaradıldığını göstərir.

Aydın görünən bu xüsusiyyət ondan ibarətdir ki, ata-anası onu nə yəhudi, nə xristian, nə də atəşpərəst etməyiblər. Əksinə, o, Uca Allah onu elçi kimi göndərincəyə qədər, fitrətən dəyişməmişdir. Buna isə o, Hira mağarasında ibadətlə məşğul olarkən vəhyin ona nazil olmasından sonra sabitləşən xüsusiyyətləri sübutdur. Vəhyin nazil olmasından əvvəl onun yerinə yetirdiyi ibadətlər Ardı »

Maraqlı melumatlarGÖZƏL ƏXLAQ

Millət öz vətəndaşlarının gözəl əxlaq və xoş sifətə malik olması ilə səciyyələnərək inkişaf edir, dünya millətləri arasında mövqeyi böyüyür, mədəniyyəti çiçəklənir. Insanlar arasında sevginin, xoş münasibətin itməsi onların dəyər-qiymətlərinin itməsinə, təməl prinsiplərinin qırılmasına, mövqelərinin sarsılmasına səbəb olur.

Bu səbəbdən də İslam dini əxlaq məsələsinə mühüm yer ayırır, insan davranışını və onun başqaları ilə münasibətini tənzim edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mən əxlaq fəzilətini tamamlamaq üçün göndərildim”. Başqa rəvayətdə isə “Əxlaq normalarını tamamlamaq üçün” kimi buyurulur. O, (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin davranşda yüksək əxlaq kodeksinə malik olmaları üçün böyük səy göstərmişdi. Ardı »

Maraqlı melumatlarTərkibində donuz ətinin hissələri olan qidaları satan ərzaq dükanı

Sual:Tərkibində donuz əti və yaxud spirtli içkilər olan ərzaq mallarını satmaq olarmı? Belə ki, Amerikada bir çox müsəlmanlar var ki, özlərinin ərzaq dükanları var və yaxud belə dükanlarda işləyirlər. Bu dükanlarda pivə, donuz əti və tütün satılır.

Cavab: Haram olan şeyləri satmaq, yemək və yaxud istifadə etmək qadağandır. Həmçinin sizin verdiyiniz sualda qeyd olunan əşyalar da bura daxildir.

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.48, Sual 20, Fətva ? 11967


Elmi və Fətva araşdırma mərkəzi Ardı »

Maraqlı melumatlar14-Mesumdan Hedisler.

Muhemmed (s) buyurur: Xoş reftarlıqdan gözel şefaet yoxdur.

Xoşreftarlıq dedikde, eziz Peyğemberimiz (s) laglagalıq,edebazlıq,şit zarafatı nezerde tutmur. Xoşreftarlıq o demekdir ki, insan öz ailesi başda olmaqla, qonşu, qohum ve diger insanlarla mehriban,güler üz davransın. Onlara sevgi yagışı yağdırsın. Ardı »

Maraqlı melumatlarOruc tutmayan gündə bir kasıbı doydurmalıdır

Ramazan orucunun vacib şərtləri bunlardır: həddi–buluğa çatmaq, ağlı başında olmaq, canı sağlam olmaq, daimi yaşayış yerində olmaq, səfərdə olmamaq, qadınlarda qanaxma hallarının olmaması. Əlbəttə, bu hallar heç də müsəlmanı orucdan azad etmir – bu problemlər aradan qalxdıqdan sonra mütləq oruc tutulmalıdır. Qurani-Kərimdə bu barədə belə buyurulur: “Sizdən xəstə və ya səfərdə olanlar tutmadıqları orucu başqa gün tutsunlar. Oruc tutmağa taqəti olmayanlar isə hər günün əvəzinə bir kasıbı doyuzdurmaq üçün fidyə verməlidirlər. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi hidayət etdiyinə görə "Allahu-Əkbər" deməklə böyük tutasınız və bəlkə də şükür edəsiniz”. Beləliklə, aydın olur Ardı »