Maraqlı melumatlar → Quranda anlayışlar
1-Səbir:
Təcrübə göstərmişdir ki, insan səbir edib ağır hadisələrə sinə gərməklə ali mərtəbələrə nail olur. Səbir etməyin aqibəti, hətta bu dünyada belə, yaxşı nəticədən ibarətdir. Məsələn, Yusif peyğəmbərin çətin sınaqlar və töhmətlərin müqabilində səbir etməsi onu son dərəcə izzətə yetirdi, zalım padşahı ona qul və qardaşlarını ona tabe etdi. İmam Hüseyn (ə) buyurmuşdur: “Səbir məqsədə çatmaq üçün ən yaxşı vasitədir.” Rəvayətlərdən aydın olduğu kimi, səbir üç qismə bölünür: 1-Bəla və müsibətlər qarşısında səbir etmək. 2-Allaha itaət zamanı səbir etmək. 3-Günahlar və haramlar müqabilində səbir etmək. İkincisi birincisindən, üçüncüsü isə hər ikisindən fəzilətlidir. İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət günü bir dəstə adam Ardı »