Maraqlı melumatlar → ALLAH Quranda nə üçün bəzən cəm halında danışır?
Sual-Allah sübhənahu və təala nə üçün bəzən Quranda cəm halında (BİZ) danışır? Cəzaka Allah xeyr.
Cavab- Həmd Allaha məxsusdur.
Sualınızın cavabı iki hissədən ibarətdir:
1. İcmalı cavab: hər bir möminə iman etmək vacibdir ki, Allah təalanın hər bir əməlinin arxasında böyük hikmətlər var və hər bir kəsə bunu müəfssəl şəkildə izah etməyə ehtiyac yoxdur. Bu bir növ imtahandır. Necə ki, bunu Allah təala buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır”. (əl-Mülk 67:2)
2. Təfsilatı ilə cavab: Quran ərəb dilində nazil olmuşdur. Ərəb dilində bir kəsdən danışarkən onun üçün Ardı »