Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlar → Tərkibində donuz ətinin hissələri olan qidaları satan ərzaq dükanı

Sual:Tərkibində donuz əti və yaxud spirtli içkilər olan ərzaq mallarını satmaq olarmı? Belə ki, Amerikada bir çox müsəlmanlar var ki, özlərinin ərzaq dükanları var və yaxud belə dükanlarda işləyirlər. Bu dükanlarda pivə, donuz əti və tütün satılır.

Cavab: Haram olan şeyləri satmaq, yemək və yaxud istifadə etmək qadağandır. Həmçinin sizin verdiyiniz sualda qeyd olunan əşyalar da bura daxildir.

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.48, Sual 20, Fətva ? 11967


Elmi və Fətva araşdırma mərkəzi Ardı »

Maraqlı melumatlar → 14-Mesumdan Hedisler.

Muhemmed (s) buyurur: Xoş reftarlıqdan gözel şefaet yoxdur.

Xoşreftarlıq dedikde, eziz Peyğemberimiz (s) laglagalıq,edebazlıq,şit zarafatı nezerde tutmur. Xoşreftarlıq o demekdir ki, insan öz ailesi başda olmaqla, qonşu, qohum ve diger insanlarla mehriban,güler üz davransın. Onlara sevgi yagışı yağdırsın. Ardı »

Maraqlı melumatlar → Oruc tutmayan gündə bir kasıbı doydurmalıdır

Ramazan orucunun vacib şərtləri bunlardır: həddi–buluğa çatmaq, ağlı başında olmaq, canı sağlam olmaq, daimi yaşayış yerində olmaq, səfərdə olmamaq, qadınlarda qanaxma hallarının olmaması. Əlbəttə, bu hallar heç də müsəlmanı orucdan azad etmir – bu problemlər aradan qalxdıqdan sonra mütləq oruc tutulmalıdır. Qurani-Kərimdə bu barədə belə buyurulur: “Sizdən xəstə və ya səfərdə olanlar tutmadıqları orucu başqa gün tutsunlar. Oruc tutmağa taqəti olmayanlar isə hər günün əvəzinə bir kasıbı doyuzdurmaq üçün fidyə verməlidirlər. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi hidayət etdiyinə görə "Allahu-Əkbər" deməklə böyük tutasınız və bəlkə də şükür edəsiniz”. Beləliklə, aydın olur Ardı »

Maraqlı melumatlar → Quran hər şeyi əhatə edən bir kitabdır

Qurani Kərim hökmlər, qadağalar, vəd, qorxu, hikmətlər, məsəllər, nəsihət, hekayətlər, qeyb məsələləri, yaradılışla bağlı biliklər, yaradılış, ölümdən sonra dirilmə və həşrin dəlilləri, habelə, digər əhəmiyyətli və çoxsaylı müxtəlif məsələləri özündə əks etdirir.

Quranın bütün bu mövzu və məsələləri üzərində düşünərkən, onların son dərəcədə yüksək bəlağətli, böyük məharətlə tərtib edildiyini, olduqca cazibədar, ahəngdar və bir-biri ilə mütənasib tərzdə uzlaşdırıldığını, əvvəlinin sonuna uyğun olduğunu, gözəlliyi etibarilə bir-birini tamamladığını, oxuyanı usandırmadığını, təcvidlə qiraət edənin ürəyini sıxmayadığını, üzərində diqqətlə düşünəni şübhəyə salmayadığını, təqva sahiblərinin hidayətini, möminlərin imanını artıran olduqlarını görürük. Bunun səbəbi isə, onların son dərəcə rabitəli, bir-biri ilə üzvi surətdə bağlı olmasından, əvvəlinin sonunu təsdiq Ardı »

Maraqlı melumatlar → Tecdid Iman Ve Nikah Duasi

Tecdid-i İman ve Nikah Duası



Tecdid-i İman ve Nikah Duâsı

"Allahümme innî ürîdü en üceddide'l-îmâne ve'n-nikâha tecdîden bi-kavli lâ ilâhe illâllah, Muhammedün Resûlüllah."

"Ey Rabbim, imanımı ve nikahımı, lâ ilâhe illâllah Muhammedün Resûlullah diyerek yeniliyorum. Benden imanıma aykırı düşecek ne kadar söz, hareket ve fikir meydana gelmişse, hepsine tevbe istiğfar ediyor, pişmanlık duyup af diliyorum. Beni afvet, nikahımı da sabit kıl." Ardı »

Maraqlı melumatlar → Sələmçiliyin, faizin zərərli təsirləri hansılardır?

Sual: Əssalamu aleykum. Faiz (riba, sələm) nə üçün qadağan edilib? Yaşadığım yerdə qardaşlardan bəzilərinə tutarlı cavab Aəqdim etmək üçün mənə dəlillər lazımdır.

Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab:

Həmd Allaha məxsusdur.

Və aleykumus salam və rahmətullahi və bərəkətuhu.

Sələm, riba bunun nəticəsində meydana gələn zərərli təsirlərinə görə qadağan edilib.
Bu təsirlərə aiddir:

1. İqtisadi təsirlər-sələmçilik əqdləri, əməliyyatları nəticəsində pul vəsaitləri passiv və qeyri-məhsuldar qalır, yoxsulların sayı artır.

2. Sosial təsirlər-insanlar arasında münasibətlərin pozulması, yoxsul təbəqə ilə zənginlər arasında ədavət, düşmənçilik və nifrət hisslərinin yaranması, fitnə-fəsadın çoxalması, ehtiyac səbəbindən əxlaqsızlıq, zinanın yayılması.

3. Psixoloji və mənəvi təsirlər-təkəbbürlük, insanlara yuxarıdan baxmaq, qəlblərin sərtləşməsi və Ardı »

Maraqlı melumatlar → Şeytanın insan üçün qurduğu tələlərdən üçüncüsü

Şeytanın tələlərindən biri də: and içərək nəsihətçi roluna girməsidir. Necə ki, atamız Adəmə və anamız Həvvaya da belə etmişdir. "And içirəm ki, mən sırf sizin yaxşılığınız üçün deyirəm! Sizə nəsihətdən başqa bir məqsədim yoxdur!" deyərək andlar içmişdir, onların əbədiyyən cənnətdə qalmalarından başqa bir şey istəmədiyinə dair onları inandırmışdı. Uca Allah bu halı bizə bu ayədə xəbər verməkdədir: "Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: 'Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!' Həm də onlara: 'Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm',- deyə and içdi. Beləliklə, (Şeytan) onları Ardı »

Maraqlı melumatlar → Eşq Duası

Allahım sevgini, Səni sevənin sevgisini və Səni sevməyə məni yaxınlaşdıranın sevgisini mənə nəsib et.
Rəbbim bir insan qoy qəlbimə
Amma o insan sənin də sevdiyin olsun
Və mənə elə bir insan sevdir ki,
O insanın ürəyi Səni sevən bir məbəd olsun.
Məni elə bir insanla görüşdür ki,
Məndən əvvəl onunla görüşmüş olan Sən olasan
Onunla əl-ələ tutduğumuzda
İkimizin üzərində Sənin əlin olsun
Mənə elə gözlər göstər ki,
Mən o gözlərdən sənə baxım
Mənə elə bir sevgili ver ki,
O gözlər Cənnətə açılan iki pəncərə olsun
Onunla elə bir yolda gedək ki,
Bələdçimiz sən olasan ey Rəbbim
Elə bir sevgili ver ki mənə,
Ona sarıldığımda kainat bizə baxsın
Bir-birinə sarılsın
Sevgimiz qurdla quzuları barışdırsın
Bizə Ardı »