Maraqlı melumatlar → PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı-Dəvətin qarşısını almaq üçün müxtəlif yollar sınanırdı
Dəvətin qarşısını almaq üçün müxtəlif yollar sınanırdı
Həcc mövsümü sona çatıb Qureyşlilər evlərinə döndükdə, bu tövhid iddiasına mane olmaq üçün nələr edə biləcəkləri barəsində düşünməyə, öz aralarında mübahisəyə başladılar. Axırda bu xüsuslar haqqında fikir birliyinə gəldilər.
1-Lağ və istehzaya daha şiddətli bir şəkildə davam edilməsi
Məqsədləri Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və müsəlmanları rəzil bir vəziyyətə düşürərək əhvallarını pozmaq idi. (Psixoloji hərb) Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`i sehrlənmiş adam, cinlənmiş şair, özünə şeytanın gəldiyi kahin, yalançı sehrbaz və fırıldaqçı müftəri kimi ittiham və söyüşlərlə anırdılar. Onu hər gedib gələrkən görəndə qəzəbdən qudurmuşa dönürdülər. Allah onların bu halını belə təsvir Ardı »