Maraqlı melumatlar → Son Ana Buraxılan Namaz
Nənəsinin sözləri əks-sədalandı qulaqlarında: "Oğlum namaz heç bu vaxta buraxılarmı?!" Nənəsinin yaşı yetmiş olardı, amma azan oxunduğu vaxt yerindən sıçrayar, yaşından gözlənilməyəcək bir sürətlə dəstəmazını alar və namazını qılardı.
Özü isə, nəfsini heç cür məğlub edə bilmirdi. Nə olursa, həmişə... Namaz son dəqiqələrə qalır, bu səbəblə namazını tələm-tələsik qılardı. Bunu düşünərək qalxdı yerindən, gözü saata dəydi. Şam azanının oxunmasına on beş dəqiqə qalmışdı. Başını hər iki istiqamətə peşmanlıqla yelləyərək, "Yenə gecikdirdim namazı." dedi öz-özünə. Cəld hərəkətlərlə dəstəmazını aldı və daha əlini üzünü tam qurulamadan özünü otağına atdı. Məcbur olaraq, sürətli hərəkətlərlə namazı qıldı. Təsbihatını edərkən nənəsini düşünmədən edə bilmədi."Bu halımı görsə, şirin-sərt Ardı »