Maraqlı melumatlar → əl-İnşirah (Genişlənmə) surəsinin şərhi
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
1 - {Məgər Biz, sənin köksünü açıb genişlətmədikmi?!} Ey Muhəmməd, Biz sənin köksünü Peyğəmbərliyi qəbul etsin deyə genişlətdik. Elə buna görə o dəvətə başlayıb bütün çətinliklərə sinə gələrək dözdü və vəhyi əzbərlədi.
2 - {Ağır yükünü səndən götürmədikmi?!} Cahiliyyət dövründə etdiyin əməlləri bağışladıq.
3 - {Sənin belini bükürdü.} Əgər bu yükü daşıyası olsaydın, ağırlığından belin bükülərdi.
4 - {Sənin ad-sanını ucaltmadıqmı?!} Bir çox amillərlə dünya və axirətdə sənin şərəfini artırdıq. "Əşhədu əllə iləhə illəllah" deyən möminlərə "əşhədu ənnə Muhəmmədən rəsulullah" – deməyi də vacib etdi. Azanda onun adını qeyd etdi, ona salavat və salam deməyi əmr etdi.
5 - {Şübhəsiz ki, hər Ardı »