Maraqlı melumatlar → Kim Fəcr namazını əda edərsə Allahın himayəsində olar - hədisinin şərhi
Sual: “Kim Fəcr namazını camaat ilə əda edərsə Allahın himayəsi altında olar” hədisinin mənası nədir? Allahın himayəsini necə başa düşmək lazımdır? Əgər bir kəs öz zövcəsi ilə evdə namaz qılırsa, hədisdə qeyd olunan fəzilət buna da şamil edilirmi?
Cavab: Həmdü-sənalar Allaha məxsusdur.
Müslim (657) rəvayət edir ki, Cundub ibn Abdullah dedi: “Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Kim Fəcr namazını əda edərsə Allahın himayəsi altında olar. Elə isə Allahın haqqlarını yerinə yetirməkdən qafil davranmayın (naqislik etməyin), çünki kim bu cür edərsə, Allah onu yaxalayar və üzü üstə Cəhənnəm Oduna atar”.
Əl-Tibi (Allah ona rəhmət etsin) demişdir: “Fəcr namazının burada xüsusi ilə Ardı »