Maraqlı melumatlar → Quran_Maide Suresi
5. Maidə surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
5. Maidə surəsi
(Mədinədə nazil olmuşdur, yüz iyirmi ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
1. Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzir, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir.
Ardı »