Maraqlı melumatlar → QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (15-21)
15-ci əlamət: dəllallığın yayılması:
Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: "Dünyanın sonu gəlməzdən əvvəl dəllallıq yayılacaq"
(ət-Təbərani. əl-Munziriyə görə səhihdir)
Əbu Hüreyra həmçinin danışır ki, Peyğəmbər (sav) belə deyib: "Elə bir vaxt gələcək ki, insan öz var-dövlətini necə: halal və ya haram yolla qazandığına fikir verməyəcək".
(Buxari, Əhməd və Ən-Nəsan)
16-cı əlamət: ölçü və çəkidə aldatma hallarının çoxalması:
İbn Ömər danışır ki, bir dəfə Peyğəmbər (sav) onlara üzünü çevirib belə dedi: "Allah sizi beş cür sınaqdan qorusun: əgər insanlar açıq-aşkar pozğunluq etsələr, onların arasında taun və keçmişdə onların sələflərini tutmayan xəstəliklər yayılacaq; əgər onlar ölçü və çəkidə aldatmağa başlasalar, onlar üçün ağır illər başlanacaq, ərzaq Ardı »