Maraqlı melumatlar → İkinci məsələ: Kimin tarix kitabını oxumalıyıq?
Təəsüflər olsun ki, indiki zamanda çoxları müasir yazılmış tarix kitablarını oxumaqla məşğuldurlar. Müasir tarix kitabları hadisələrin gözəl qələmə verilməsi, yaxud tarixi təhrif etməklə doludur. Biz hələ müasir tarix kitablarının isnad baxımından səhih və ya zəifliyindən (etibarlı və ya etibarsızlığından) danışmırıq. Belə müasir tarix kitablarına Abbas əl-Əqqad("əl-Əbqəriyyət" adlı kitabın müəllifi.), Xalid Məhəmməd Xalid,("Ricalun Hövlər Rəsul" və "Xuləfə ər-Rəsul" adlı kitabların müəllifi.) Taha Hüseyn,("Mövqiətul Cəməl və Əliyyun və bənuhu vəl fitnətil kubra" adlı kitabın müəllifi.) xaçpərəst Corci Zeydan ("Tarix ət-Təməddun əl-İslami" adlı kitabın müəllifi.)və başqa müasir tarix yazarlarının kitablarını misal göstərmək olar. Onlar hamılıqla tarixdən danışarkən əsasən cümlələrin gözəlliyinə, hadisələrin zahiri xoşagəlmə prinsipinə Ardı »