Maraqlı melumatlar → Kim zərər vurarsa, Allah da ona zərər vurar. Kim də çətinlik törədərsə, Allah da ona çətinlik törədə
Əbu Sarmə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Kim zərər vurarsa, Allah da ona zərər vurar. Kim də çətinlik törədərsə, Allah da ona çətinlik törədər.”
Tirmizi və İbn Macə rəvayət etmişlər. ( Səhih Sünən Tirmizi: ? 1940. Əlbani sənədinin “həsən” dərəcəli olduğunu demişdir.)
ŞƏRH
Bu hədis şəriətin əsaslarından ikisinə dəlalət edir.
Birincisi, xeyir və şər işlərin əvəzi əmələ uyğun verilir. Bu, Allahın tərifəlayiq hikmətindəndir. Kim Allahın sevdiyi bir işi görərsə, Allah da onu sevər. Kim də Allahın xoşuna gəlməyən bir iş edərsə, Allah da onu xoşlamaz. Kim müsəlmanın işini asanlaşdırarsa, Allah da onun işini dünya və axirətdə asanlaşdırar. Kim bir mömini dünya sıxıntısından qurtararsa, Allah Ardı »