Qafqaz Albaniyası → Xoçkorik
Xoçkorik — Qafqaz Albaniyası naxararı. Yesuagenin qeyri-qanuni oğlu idi. Tsri şəhərinin valisi idi. III Vaçaqanla birlikdə müqəddəs Pantaleonun qəbrini aşkar etmişdir. Ardı »
Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən
Xoçkorik — Qafqaz Albaniyası naxararı. Yesuagenin qeyri-qanuni oğlu idi. Tsri şəhərinin valisi idi. III Vaçaqanla birlikdə müqəddəs Pantaleonun qəbrini aşkar etmişdir. Ardı »
Girdman — IV əsrdən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (I.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər Ermənistanın tərkibində olmuşdur. Ancaq Ermənistan və Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər Ardı »
Katolikos IV Stepannos - Albanların LVII katolikosu.
Katolikosluğu[redaktə]
Katolikos II Nersesdən sonra kürsüyə gəlmişdi. Bu vəzifəyə gələndə hələ gənc idi. O Kirakos Gəncəlinin siyahısında adı çəkilən son katolikosdur. Ardı »
Varaz Qriqor - Mehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi. Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri Ardı »
Kalankat - Qafqaz Albaniyasının Uti vilayətində böyük kənd.
Ərəb coğrafiyaşünasları bu kəndi Kalankatus adlandırır və göstərirlər ki, bu kənd Bərdədən Dəbilə gedən ticarət yolu üzərində, Bərdənin 9, Matrisin 13 fərsəxliyindədir.
Əl-İdrisi Kalankatı "hasarlı kiçik şəhər" adlandırır. M.Barxudaryanın məlumatına görə 1902-ci ildə Kalankat kəndi xərabələrində bir neçə azərbaycanlı ailə yaşayırmış. Bu kəndin xarabalıqları hazırda Divdəkan kəndinin xərabələri ilə birgə Tərtər çayın sol sahilində, Qarı körpüsü yaxınlığında, Metagis kəndinin xarabalıqları arasındadır. Ardı »
E.ə. II – eramızın II əsrlərini əhatə edən ikinci dövrdə antik dövr Şamaxısının səciyyəvi şəhər əlamətləri nəzərə çarpır. Bu təbəqədə daş və çiy kərpicdən inşa edilmiş tikililərin, iri binaların, ola bilsin ki, məbədlərin divar qalıqları, əhəngdaşından yonulmuş sütunların bünövrələri aşkar olunmuşdur. Qırmızı və qara gildən düzəldilmiş çoxlu müxtəlif məmulat, zoomorf qablar, gil insan heykəlcikləri, oyma üsulu ilə maral şəkli həkk olunmuş möhür tapılmışdır. Bir sıra daş alətlər, kobud şəkildə yonulmuş daş heykəllər də bu dövrə aiddir. Dəfn abidələri içərisinə müxtəlif əşyalar qoyulmuş küp və torpaq qəbirlərlə təmsil olunmuşdur ki, bu da həmin məskənin sakinlərinin ideologiyasında dəyişikliklər baş verdiyini göstərir. Ardı »
Hovannes (doğum və ölüm tarixləri bilinmir) – Xaçın knyazı. Səhl ibn Sunbatın böyük oğlu və varisi. 838 – ci ildə atası Səhl ibn Smbat tərəfindən tutulmuş Babək Xürrəmini ərəblərə təhvil vermişdir. Onun adından yazılmış və 853-cü ilə aid edilən kitabə dövrümüzə çatmışdır. Bir müddət sonra Hovannes və qardaşı Atrnerseh (ərəb dilli mənbələrdə Adərnərsə) Ərəb Xilafətinə xəyanətdə günahlandırılaraq Babəkin edam edildiyi Samirə şəhərinə aparılmışlar. Samirədən yalnız Atrneseh qayıtmış və hakimiyyəti ələ almışdır. Bəzi mənbələrdə Səhl ibn Smbatın varisinin kiçik oğlu Atrnerseh olduğu qeyd edilir. Ardı »
II Vardan — Qafqaz Albaniyasının XIII çarı. Musa Kalankatlıya əsasən 694-cü ildə atası ilə Konstantinopola gedib 711-ci ilədək əsarətdə qalmışdır. Lakin həmin illər ərzində Pavlikanlar hərəkatına qoşulanlar arasına necə keçdiyi məlum deyil. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir və 710-cu ildən sonra vəfat etmişdir. Ardı »