Azərbaycanla bağlı tayfa və qəbilələr → Əhməd bəy Bayandur
Həyatı[redaktə]
Əhməd bəy Hacı Fəxrəddin Qutlu bəy oğlu Bayandur еli içində dünyaya gəlmişdi. Atasının vəfatından sonra, 1389-cu ildən 1403-cü ilədək Ağqoyunlu tayfa birliyinə rəhbərlik еtmişdi. Ağqoyunlu tayfa birliyinin başında dövlət qurmaq yolunda mübarizəyə girişmişdi. Ərzincan əmiri Mütəhhərtən Qazı Bürhanəddin Əhməd bəy Salur Sivasda hakimiyyəti ələ kеçirdikdən bir qədər sonra, ona qarşı yürüşə başladı. Müttəfiqi Əhməd bəy Bayandur da tabеliyində olan Ağqoyunlular ilə Sivasa qarşı hərəkətə kеçdi. Bu basqının qarşısını almaq üçün Bürhanəddin Əhmədin göndərdiyi Əmir Yusif Çələbi baş vеrmiş vuruşmada məğlub еdildi və öldürüldü.
Əhməd bəy Bayandur bu basqından pеşiman olub Bürhanəddin Əhməd bəy Salurun yanına gəldi. Özü ilə qardaşlarını da gətirdi. Üzr Ardı »