Azərbaycanla bağlı tayfa və qəbilələr → Quqarçi tayfasının adı toponimlərdə
Quqarçi tayfasının adı toponimlərdə Göyərçi (Göyərçin) və Göyərçinli kimi qalmışdır. Aydındır ki, onların göyərçin quşunun adı ilə heç bir əlaqəsi yoxdur, yalnız zahiri oxşarlıq vardır. Keçən əsrdə Ermənistanda Göyərçin (demək, əslində Quqarçin) kənd xarabalığı, Qars əyalətində Göyərçin kəndi və s. vardı. Göyərçin və Göyərçinli adlı kəndlər Azərbaycanda da vardır. Quqarların Ermənistanda mənşəcə türk olduğunu göstərən faktlardan biri də keçmişdə Quqark rayonunda yaşayan əhalinin bütünlüklə azərbaycanlılardan ibarət olmasıdır. Hər halda quqarların Ermənistandakı azərbaycanlıların etnogenezindəki rolu təkzibedilməzdir. Quqarlar orada erkən orta əsrlərdə yığcam halda yaşayırdılar. V əsr müəllifi Moisey Xorenski quqarları Ermənistanda "böyük və qüdrətli tayfa" kimi səciyyələndirir. Quqarların türkdilli tayfa olmasını bir Ardı »