Azərbaycanla bağlı tayfa və qəbilələr → Sultan Babur Həyatı
Babur 14 fevral 1483-cü ildə hal hazırda Özbəkistanda yerləşən Əndican şəhərində anadan olub. Bu müddətdə artıq Teymurilər dövləti özünün keçmiş qüdrətini itirmiş, yanlız Mərkəzi Asiyanın kiçik bir bölgəsində hakimiyyətini qoruya bilmişdi. Babur 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında olərkən Fərqanəyə hakim oldu. O, Fərqanə hakimi olduqdan sonra Səmərqənd hakimi olan əmisi Sultan Əhməd və Daşkənd hakimi olan dayısı Məhəmməd Fərqanəyə hücum etdilər. Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bildi.
Babur 1497-ci ildə Səmərqəndi ələ keçirdi. Buna baxmayaraq Şeybani xanla mübarizədə uğur qazanmayaraq məğlub oldu. 1501-ci ildə Səmərqəndi yenidən ələ keçirsə də, 1503-cü ildə özbəklər növbəti dəfə şəhəri tutdular. Ardı »