Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Teymurun xarici görünüşü

M.M.Gerasimov tərəfindən Əmiri-Gur məqbərəsinin açılmasından sonra Teymura aid edilən skeletin tədqiq edilməsi zamanı onun boyunun 172 sm olması aşkarlanıb. Teymur çox güclü idi, fiziki cəhətdən o, xeyli inkişaf etmişdi, onun müasirləri belə yazırdılar: "Əksər döyüşçülər oxun yayını kürəcik sümüyünə kimi dartıqları zaman, Teymur yayı qulağına kimi gətirə bilirdi". Teymurun saçları eyni qəbilədən olan qohumları kimi açıq rəngli idi.

Teymurun yaşının çox olmasına baxmayaraq (69 yaş) onun kəllə sümüyü və skeletində açıq nəzərə çarpan qocalıq cizgiləri yox idi. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Şahqulu ağa Təkəli üsyanı

Üsyanın tarixi[redaktə]
"Şahqulu üsyanı", bəzən "Şeytanqulu üsyanı" adlandırılan və Osmanlı İmperiyasında baş vermiş bu üsyan tarixdə gərəyincə öyrənilməyib. Osmanlı ərazisində qalan Təkəli eli Şahqulu ağanın başçılığı altında üsyana qalxmışdılar. Şeyx Heydər Səfəvi tərəfindən Anadolu camaatını, daha dəqiqi orda qalan və ələvi kimi tanınan tərəkəmələri (türkmənləri) Səfəvi ocağına bağlamaq istəyirdi. O, bu məqsədlə təbliğat və təşviqat aparmaq üçün Anadoluya müridlərdən ibarət bir dəstə göndərmişdi. Müridlərdən biri də Həsən xəlifə Təkəli idi. Qaynaqlarda göstərilir ki, Osmanlı sultanı II Bəyazidın (1481-1512) xeyir-dualarıyla Həsən xəlifə oğlu Şahqulu ağayla bərabər ana yurdları Yalınlı kəndinə yaxın bir mağarada məskunlaşmışdı. Sultan onlara arabir xərclik göndərirdi. Qorqudelinin şimalındakı Yalınlı kəndi, Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Maqsudluyi-Vusta

Tarixi[redaktə]
Şahsevən elinin Korabbaslı oymağının Muğan mahalının Aslanduz bölgəsində yaratdığı qışlağ. Qışlağın əhalisi XVIII yüzildə Ərdəbilin Yurtçu yurdundan, Yaycı yerindən gəlib.

Coğrafiyası[redaktə]
Araz çayının sahilində yerləşir. Parsabad şəhərindən 45 km-lik ərazidə yerləşir. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Əbülqasım xan Qaragözlü

Həyatı[redaktə]
Əbülqasım xan ali təhsilini London şəhərində almışdı.Qacarlar sarayında müxtəlif vəzifələrdə çalışmışdı.

Nаsеrülmülк 1898-ci ildə Əli xan Əminüddövlə hökümətində mаliyyə nаziri idi. Аrtur Hаrdinq İrandа səfir оlduğu müddətdə, Əminüssultаnın bаş nаzirliyi vахtındа Nаsеrülmülк nаzirliк vəzifəsindən кənаr еdilmişdi, Həmədаndа hakim vəzifəsi dаşıyırdı.

1905-1911-ci illər İran inqilabı ərəfəsində baş nazir Eynüddövlə ilə həmkarlıq etmişdi.1907-ci il baş nazir Mirzə Ələsgər xan Əminüssultan tərəfindən təşkil edilmiş nazirlər kabinəsində maliyyə naziri vəzifəsini icra etmişdi. [1] 1908-ci ilin yanvarında Məhəmmədəli şaha qarşı baş vermiş qəsddən sonra nazirlikdən çıxarılmış Avropaya sürgün edilmişdi.1909-cu ildə Məhəmmədəli şah ölkədən qovulduqdan sonra, kiçik yaşlı Sultan Əhməd şah üçün əvvəlcə Əzdülmülk Əlirza xan Qovanlı-Qacar qəyyum və Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Kəngərlər Elin tanınmış nümayəndələri

Kəngərlilərin ən tanınmış nümayəndəsi Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərli, onun oğlanları: Şeyxəli Xan Kəngərıi və Ehsan Xan Kəngərli, onların da oğul və nəvələri - Kəlbəlixanovlar və Naxçıvanskilər olmuşlar.

Azərbaycanın hərb tarixində Kəngərli həbçilərinin adı qızıl hərflərlə yazılıb. Çox vaxt salnamələrdə "Kəngərli cəngavərləri" də qeyd olunur. Kəngərlilərin mənşəyi haqqında müxtəlif rəylər var. Araşdırmalar göstərir ki, Kəngərlilər qədim Naxçıvanın ilkin sakinləri olublar

Kəngərli eli Naxçıvanda, Qarabağda, Şirvanda, İranda məskunlaşıb. Ardı »