Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıŞirvan xanlığı Tarixi

Şirvan xanlığını 1747-ci ildən Nadir şah Qırxlı-Avşar tərəfindən bu yörəyə vəkil təyin edilmiş Hacı Məhəmmədəli xan Sufi Nəbi oğlu Zərnəvai idarə edirdi.

Hacı Məhəmmədəli xan oturaq əyan-əşrəfin nümayəndəsi idi. Köçəri əmirlər onun başçılığı ilə barışa bilmirdilər. Xançobanlı elindən çıxmış Əsgər bəy Allahverdi bəy oğlu ona qarşı mübarizəyə başladı.

Tarixçi Abbasqulu ağa Bakıxanov yazır: "Hicri 1178-ci (1765) ildə Əsgər bəyin oğlanları Məhəmmədsəid xan və Ağası xan elat arasında Vəkildən (Kərim xan Zənddən-Ə. Ç.) xanlıq ləqəbi qazanıb Ağsu şəhərini aldılar və cahi-cəlalı sevib dinc yaşamaq istəyən Hacı Məhəmmədəli xanı öldürdülər".

Bu iki qardaş qədim zamanlardan Şirvanın paytaxtı olan Şamaxını bərpa edib, ora köçdülər. Lakin, paytaxtlarından nəsiblərini Ardı »

Azərbaycan xanlıqlarıDizaq mahalı

Mahal haqqında qısa bilgi[redaktə]
Sahəsi -
Əhalisi -
Yaranması — 1747-ci il
Paytaxtı— Tuğ kəndi
Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. Ardı »

Azərbaycan xanlıqlarıFətəli xan Qubalı Fəaliyyəti

1758-ci ildə atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmışdır. Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmışdır. Nadir şah Avşarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən Azərbaycaın müstəqil və abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı ittifaqa gəlməyən xanlıqları birləşdirınək üçün silaha əl atmağa məcbur olmuşdur. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etdi.

Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın Ardı »

Azərbaycan xanlıqlarıİrəvan qalası Qaladaxili tikililər

Sərdar sarayı İrəvan qalasının şimal - qərbində - Zəngi çayının uşurumlu sahilində, təbii cəhətdən yaxşı müdafiə olunan ərazidə yerləşmişdir. Saray Əmirgünə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdir. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdir.

Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, əfsanəvi fars qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797-1834), Abbas Mirzənin (1784-1833) Rüstəm və Söhrabın portretləri vardı.

Saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalmış, dağıdılmış, portretlər isə çıxarılaraq Tiflisə aparılmışdır və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1918-ci Ardı »

Azərbaycan xanlıqlarıXalxal xanlığı

Tarixi[redaktə]
Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza "fəxri qonaqlığa" aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.

Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçdı[1].

General-poruçik Aleksandr Suvorov 28 iyul 1780-сi ildə Həştərxandan Ardı »

Azərbaycan xanlıqlarıŞahbulaq Qıfılı saray kompleksi Quruluşu

Qıfıl xan sarayı kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Saray kompleksinin tikintisi iki ilə, yəni 1751-1752-ci illərdə başa çatmışdır. Bu abidə kompleksi bütün məşhur elmi ədəbiyyatda Şahbulaq Qıfılı adlanır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulmuşdu. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq Kilidinin Şimal Qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan bir məscid də Ardı »

Azərbaycan xanlıqlarıLahıc mahalı

Tarixi[redaktə]
İsmayıllı rayonu ərazisində mövcud olmuşdur.

Mahalın naibi Cəfərqulu ağa (Mustafa xanın oğlu) idi.

Əhalisi[redaktə]
1821-ci ildə 6 kənddə (Lahıc, Həftəsov, Əhənli, Ximran, Müdri, Dahar) 374 ailə yaşayırdı. Lahıc mahalının sakinləri bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdular. Ardı »

Azərbaycan xanlıqlarıOtuziki mahalı Tarixi

Mahalın tarixi[redaktə]
Qədim-qayım Qarabağın ünlü mahallarından biri də Otuzikidir.Adını türk tayfa birliyi otuzikilərdən alıb. Bu tayfa birliyi əski çağlarda Qarabağın çеşidli yеrlərində yaşayırdı.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında tayfanın adı çəkilir və qolları açıqlanır. Həmin qaynaqda Otuzikilərin yеrləşdiyi yörələr.

1.Atlıcalı oymağı—Bərdə qəzası, Bərdə nahiyəsində
2.Atlıcalı oymağı—Bərdə qəzasında
3.Badar oymağı—Arasbar qəzasında
4.Padar oymağı—Həkəri sancağı, Kеştasf nahiyəsində
5.Bayəhmədli oymağı—Qaraağac qəzasında
6.Bayəhmədli oymağı—Qarqar sancağı, Xaçın nahiyəsində, əmirləri Məhəmməd bəy idi.
7.Buğdanüz oymağı—Qaraağac qəzasında
8.Cancanlı oymağı—Arasbar qəzasında
9.Cavanşir oymağı—Arasbar qəzasında
10.Dügərli oymağı—Arasbar qəzasında
11.Həsirli oymağı—Arasbar qəzasında, Vələdzadəyə tabе idi.
12.Hüsеynli oymağı—Arasbar qəzəsında
13.Kəpənəkçi oymağı—Gəncə qəzası, Yavlaq nahiyəsində
14.Qırqallı oymağı—Qaraağac qəzası, Ağcabədi nahiyəsində
15.Komanlı-qədim oymağı—Qaraağac qəzasında
16.Kotanlı-cədid oymağı—Qaraağac qəzasında
17.Laləbükülü oymağı—Gəncə qəzasında
18.Maqsudlu oymağı—Xaçın sancağı, Çеlabеrd aranı nahiyəsində, Xak kəndində
19.Maqsudlu-Bəzirganlı—Xak kəndində
20.Maqsudlu-Həmidli oymağı—Qaraağac qəzasında
21.Məhəmmədşahlı oymağı—Şütur nahiyəsində, Ardı »