Azərbaycan xanlıqları → Əbdülqafar
Əbdülqafarın adı tarixi mənbələrdə ilk dəfə hicri 851-ci (19.03.1447 -06.03.1448)-ci ilin hadisələri barədə bəhsdə - Əbubəkr Tehraninin "Kitabi Diyarbəkriyyə"sində çəkilmişdir; bu mənbədə o, "Əbdülqaffar Şəkki" adı ilə təqdim edilir və qeyd olunur ki Amid şəhəri ətrafında ağqoyunlularla qaraqoyunlular arasında baş vermiş döyüşlərdə ikincilərin tərəfində vuruşmuş, atdan salınmış və son nəhayətdə Mahmud bəy Ağqoyunlunun oğlu Lələ Hüseyn bəy tərəfindən əsir götürülmüşdür.
Tarixi mənbələrdə adı növbəti və sonuncu dəfə isə Teymuri Əbu Səidin 1468-1469-cu illərin qışında Ağqoyunlular üzərinə hücumu ilə əlaqədar hadisələrin bəhsində xatırlanır. Qeyd olunur ki, "... Sultan (Əbu Səid) istədi ki Şirvan şirvanşahı Fərrux Yasarı da öz tərəfinə çəksin və o (Fərrux Ardı »