"Azərbaycan Demokratik Respublikası" → Ağsu və Kürdəmirin azad edilməsi
Qaraməryəmdə məğlub olan və darmadağın edilmiş halda qaçan Qızıl Ordu qüvvələrinin bir hissəsi türk ordusunun sıx təqibi altında Ağsuya gedərək burada bir müdafiə xətti təşkil etməyə çalışdı. 5-ci Qafqaz piyada diviziyası isə cəbhəni Müsüslü-Kilisli arasındakı xətt üzərində qurdu. Qaraməryəmdəki müvəffəqiyyətdən sonra cəbhəyə gedən Nuru paşa 10-cu və 13-cü Qafqaz alaylarına 5 iyul 1918-ci ildə hücuma keçmələri üçün əmr verdi. Rüşdü. Böyük Hərbdə Bakı yollarında, s. 81 Erməni daşnak və rus bolşevik qüvvələri təxminən 7 min nəfərlik bir hərbi qüvvə ilə Kürdəmirə doğru çəkilirdi. Türk ordusunun hərbi hərəkat planı bu şəkildə idi: Müsüslü dəstəsi Kürdəmirə basqın edəcək, mürəttəb süvari alayı da Xəlilli-Qarasaqqal Ardı »