Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Rza bəy Ağabəyov

Ağabəyov Rza bəy (? - ?) — Azərhavcan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.


Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasını təmsil edirdi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Təhsil islahatları

Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Repsublikası (ADR) hökuməti davam etdirdi. Cümhuriyyət parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərdən birini – 1918-ci il 27 iyun tarixli qərarı qəbul etdi. Qərara əsasən Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən Ardı »

"Azərbaycan Demokratik Respublikası"Hacı Molla Əhməd Nuruzadə

Azərbaycan Milli ġurasının “Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Gəncə qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi.

"Əhrar" partiyasının üzvü idi.

Parlamentdə "Əhrar" fraksiyasını təmsil edirdi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Məhəmməd Əmin Rəsulzadə Vəfatından sonra

Vəfatı ilə bağlı Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və bununla da öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı:

"Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir Ardı »

"Azərbaycan Demokratik Respublikası"Türk ordusunun Şamaxı üzərinə yürüşü

Şamaxı və onun ətrafında törədilən qətllər barədə xəbərlər, tez bir zamanda Gəncədə Qafqaz İslam Ordusunun qərargahına çatdırıldı. Göyçay həndəvərində Qızıl Ordunun hərbi birləşmələrinin dağıdıldığını görən rus bolşevikləri və erməni daşnakları Şamaxıdan Bakıya doğru qaçırdılar. Nuru paşa 19 iyul 1918-ci il tarixində 13-cü Qafqaz alayının Şamaxı istiqamətində hücuma keçməsi və şəhərin ələ keçirilməsi barədə əmr verdi. Şimal qrupunun sərəncamında olan 10-cu Qafqaz alayının vəzifəsi Qızıl Ordu birliklərini Şərq və cənubdan mühasirə edərək, Bakıya doğru çəkilmələrinin qarşısını almaq və tamamilə məhv etmək idi.

Hərəkətə gəlmək üçün əmr alan 13-cü Qafqaz alayı, Ağsudan Mədrəsə istiqamətində hücuma keçdi. Gecə boyunca leysan şəklində yağan şiddətli yağış və Ardı »

"Azərbaycan Demokratik Respublikası"Abbasqulu Kazımzadə Həyatı

1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş, 1911-ci ildə ―Musavat partiyasının yaranmasında iştirak etmişdir. Milli şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi. Təşkilatın ilk qurucularından olan, sonradan Türkiyədə yaşamaq məcburiyyətində qalan Məhəmmədəli Rəsulzadə yazırdı: «1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: «Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım» - dedi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Müsəlman tələbələrin xarici ölkələrə göndərilməsi haqqında qərar

XARİCƏ TƏHSİL ALMAĞA GÖNDƏRİLƏN AZƏRBAYCANLI TƏLƏBƏLƏR HAQQINDA QƏRAR Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur. Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919-20 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərino göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə Rəhim bəy Vəkilov, Abdulla bəy Əfəndizadə, Rza bəy Ağabəyov, Məmmədrza ağa Vəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Ardı »