Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Əmir xan Xoyski Ailəsi

Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan Parlamentinin Tərkibi V hökumət kabineti: 24. 12. 1919 – 01. 04. 1920.

1. Nazirlər Şurasının sədri – N.Yusifbəyli (müsavat ).

2. Xarici İşlər naziri – F.Xoyski ( bitərəf ).

3. Hərbi nazir – S.Mehmandarov ( bitərəf ).

4. Daxili İşlər naziri – M.H.Hacınski 18. 09. 02. 1920- dən sonra M. Vəkilov (birincisi əvvəl Müsavat, sonra kommunist, M. Vəkilov – Müsavat).

5. Ədliyyə naziri – X.Xasməmmədov (Müsavat).

6. Maliyyə naziri – R.Kaplanov (Əhrar).

7. Maarif və Dini Etiqad naziri – H. Şahtaxtinski (05.03.1920-dən sonra N.Şahsurarov, hər ikisi-İittihad).

8. Əmək və Əməkçilik naziri – Ə.C.Pepinov (sosialist).

9. Yollar naziri, eyni zamanda Ticarət, Sənaye və Ərzaq üzrə müvəqqəti nazir – X. Məlikaslanov (18.02.1920-dən sonra ticarət, sənaye və ərzaq naziri – M.H.Hacınski ).

10. Poçt -Teleqraf Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qanunların qəbul edilməsi

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı.

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə Ardı »

"Azərbaycan Demokratik Respublikası"Rəşid xan Qaplanov

Həyatı[redaktə]
Rəşid xan Qaplanov 1885-ci ildə kumık Qaplanovlar əsilzadə sülaləsində doğulmuşdur. Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbon Universitetinin hüquq fakültəsini bitirmişdir. İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Həmin il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmiş, Dağlılar Respublikası daxili işlər naziri olmuşdur. Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçmüş, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərində yeni məktəblər fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından Ardı »

"Azərbaycan Demokratik Respublikası"Şimali Qafqaz Respublikasının elan edilməsi

Əbdülməcid Çermiyev, Heydər Bammat və Məhmət Qari Dibrov kimi ziyalılar Dağıstanın qurtuluşu üçün siyasi fəaliyyətlərə liderlik edirdilər. Dağıstan türklərindən təşkil olunmuş bir heyət, 1918-ci ilin aprel ayında İstanbula getdi. Heyət Ənvər paşa ilə görüşərək, Türk ordusunun onları himayə etməsini istədi. Ənvər paşa, türk əsgərinin Dağıstana girməsindən əvvəl bəzi məsələlərin həllinin başa çatdırılmasının zəruriliyini bildirərək, bölgədə yaşayan türklərdən ibarət bir korpus yaradılmasının faydalı olacağını bildirdi. Bundan əlavə, 1-ci süvari diviziyası komandanı podpolkovnik (yarbay) Nazim bəy və 4-cü piyada diviziyası komandanı yarbay Əhməd Şükrü bəy ilə qərargah kadrlarına Şimali Qafqazda Dağıstan və Çeçenistanda hərbi təkilat qurmaq tapşırığı verildi.[194]

Trabzon və Batum Konfranslarında türk nümayəndələri Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bakı döyüşü

Bakı döyüşü (ing. Battle of Baku, rus. Битва за Баку) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya-Ermənistan-Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir Ardı »