"Azərbaycan Demokratik Respublikası" → Bakının azad edilməsi
Görülən tədbirlərin nəticəsində iyun ayının 27-30-da başlanan döyüşlərdə bolşevik-daşnak qüvvələri darmadağın edildi və Qafqaz islam ordusu Bakıya tərəf hərəkətə başladı. Qafqaz islam ordusu 1918-ci ilin sentyabr ayının 15-də Bakı şəhərini tutdu və Azərbaycan Demokratik Respublikası hökumətinin paytaxta köçməsi üçün şərait yaratdı. Qafqaz islam ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizlədi, şəhəri Azərbaycan Demokratik Respublikasının rəsmi paytaxtına çevirdi, Azərbaycanı təhlükədən xilas etdi, bütün ölkəyə nəzarəti hökumətin sərəncamına verdi.
Bakının azad edilməsi ilə əlaqədar olaraq Türkiyənin hərbi naziri Ənvər paşanın (o, Nuru paşanın böyük qardaşı idi) Xəlil paşa və Nuru paşaya göndərdiyi teleqramada deyilirdi: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Ardı »