Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Birinci Bakı hücumu

Şərq Cəbhəsinə tabe olan ordu, 5 avqust 1918-ci il tarixində səhərə yaxın saat 04.30-da bütün istiqamətlərdən Bakıya tərəf irəli hərəkətə başladı. Türk topçusunun güclü atəşi ilə müşayiət olunan hücum qarşısında, birləşmiş düşmən qüvvələri mövqelərini qoruyub saxlamağa çalışırdılar. Havanın işıqlanması ilə hücumu şiddətləndirən türk əsgəri qarşısında ingilis, rus və erməni birləşmiş qüvvələri Bakıya doğru addım-addım geri çəkilməyə başladılar. Şimal qrupu Bakının cənub-qərbindəki Bayıl yüksəkliklərini ələ keçirərək, şəhərə daha da yaxınlaşdı. Düşmən qüvvələri cəbhənin ortasındakı koridordan Salxana istiqamətində və arxadakı məzarlığa doğru qaçmağa çalışırdılar. Türk topçu atışları şəhərə zərər vermək istəmirdi və yalnız əsgər səngərlərini hədəfə alırdı. Top səslərini eşidən rus və ermənilər Ardı »

"Azərbaycan Demokratik Respublikası"M.Ə.Rəsulzadə və Stalin

Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə ilə M.Ə.Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan "Dünya" qəzetindəki M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur.[10].

1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin Ardı »

"Azərbaycan Demokratik Respublikası"Xosrov bəy Sultanov Mühacirət dövrü

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır. Xosrov bəy 1947-ci ildə vəfat etmişdir. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qulamhüseyn bəy Kazımbəyov

KAZIMBƏYLİ Qulamhüseyn bəy (?-?)- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı. Azərbaycan Milli şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun "una (1918, 19 noyabr) əsasən, Parlament üzvü seçilmişdir. "Müsavat" və bitərəflər fraksiyasına daxil idi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bakı döyüşü Döyüşdən əvvəl vəziyyət

Şimal qrupu komandanı vəzifəsini, ştab zabiti yarbay Osman bəy yerinə yetirirdi. Qrupun tabeliyindəki 13-cü Qafqaz alayı Bakının qərbindəki Qurd qapısı təpələrində mövqe tutmuşdu. Alay, 17 topla mühafizə olunacaqdı. 38-ci piyada alayının 2-ci batalyonu 13-cü Qafqaz alayının ehtiyatı rolunda çıxış edəcəkdi. Ordunun əsas qüvvə mərkəzi bu alayın ətrafında olduğu üçün, 25, 26 və 29-cu batalyonlardan ibarət ehtiyat qüvvələr də alayın sağ cinahında yerləşdirilirdi. 19-cu süvari bölüyü də 13-cü Qafqaz alayının sağında idi. Qrupun 10-cu Qafqaz alayının 29 və 60-cı batalyonları, 13-cü Qafqaz alayının solunda və Xırdalana qədər olan cəbhə qismində idi. 38-ci piyada alayının 1-ci batalyonu, 10-cu Qafqaz alayının ehtiyatı idi. 10-cu Ardı »

"Azərbaycan Demokratik Respublikası"Aslan bəy Qardaşov

Aslan bəy Əli ağa oğlu Qardaşov (1866 - 21 iyul 1920) — İctimai-siyasi xadim, “Əhrar” partiyasının liderlərindən biri. Zaqafqaziya Seyminin, Milli Şuranın, Azərbaycan Parlamentinin üzvü olmuşdur. “Əhrar” fraksiyasının fəal təmsilçisi kimi Parlament iclaslarında fəal iştirak etmiş, əsasən Hökumətin iqdisadi sahədəki fəaliyyətinə qarşı tənqidi mövqe tutmuşdur. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Məmmədəli Rəsulzadə

Həyatı[redaktə]
Məhəmmədəli 1886-cı ildə Bakı şəhərində anadan olmuşdu. 1911-ci ilin oktyabr ayında Bakıda Məhəmmədəli Rəsulzadə Tağı Nağı oğlu və Abbasqulu Kazımzadə ilə birlikdə «Türk ədəmi-mərkəziyyət Müsavat» firqəsini qurmuşdular.O, 1962-ci ildə vəfat edib. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Gürcüstanın ərazi iddiaları

Gürcüstanın ərazi iddiaları - 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) Ardı »