Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Aslan bəy Qardaşov Həyatı

Aslan bəy Əli ağa oğlu 1866-cı ildə Zaqatala dairəsinin Tala kəndində anadan olmuşdu. Zaqatala qəza məktəbində oxumuşdu. Sonra Müəllimlər Seminariyasını bitirmişdi. İstanbul universitetində təhsilni davam etdirmişdi. Hüquq, maarif sahəsində çalışmışdı. Dağıstandan II Dumaya üzv seçilmişdi. 1917-ci ildən Müsavat partiyasının üzvü idi.

Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də Parlamentin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın üzvü olmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin dördüncü hökumət kabinəsində əkinçilik naziri idi. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov “Əhrar” fraksiyası adından koalisiyadan çıxdığını və öz nümayəndələrini Hökumətdən geri çağırdığını bəyan etmişdi. 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməs haqqında ultimatumu müzakirə etmək üçün Palamentdə yaradılmış komissiyaya Ardı »

"Azərbaycan Demokratik Respublikası"IV Sosialistlər fraksiyası

Səməd ağa Ağamalıoğlıu
Əli Heydər Qarayev
Qasım bəy Camalbəyov
Hacı Kərim Sanılı
Əhməd bəy Pepinov
Camo bəy Hacınski
Rza bəy Qaraşarlı
Aslan bəy Səfikürdlü
İbrahim Əbilzadə
Bağır Rzayev
Vladislav Bakradza
Əkbər Şeyxulislamzadə
İbrahim İsmayılzadə Ardı »

"Azərbaycan Demokratik Respublikası"Əksinqilabla Mübarizə Təşkilatı

Əksinqilabla Mübarizə Təşkilatı - Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi ilə eyni vaxtda (1919-cu il, 11 iyun) və ona tabe qurum kimi yaradılmış əks-kəşfiyyat orqanı.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən böyük təhlükələrlə qarşılaşmalı oldu. Belə ki, müxtəlif dövlətlər mühüm geosiyasi bölgədə yerləşən Azərbaycanı özünün nüfüz dairəsinə salmaq məqsədilə açıq mübarizə aparırdılar. Ən böyük təhlükə mənbələri "vahid və bölünməz Rusiya" uğrunda mübarizə aparan Denikin ordusu, proletar beynəlmiləlçiliyini əldə bayraq edən bolşevik Rusiyası və "Böyük Ermənistan" yaratmaq xülyası ilə azərbaycanlılara qarşı tarixdə görünməmiş vəhşiliklər və soyqırımları törədən daşnaklar və daşnak Ermənistanı idi. Bu qüvvələrin hər biri Azərbaycanda, xüsusilə də Bakıda geniş təxribatlar törədir, Ardı »

"Azərbaycan Demokratik Respublikası"Muğan Sovet Respublikası

Quruluşu[redaktə]
1919-cu ilin martında silahlı üsyana artıq hazırlıqlar başlamış, apreldə baş vermiş bu üsyanda Lənkəran qırmızı qvardiyaçıları, Zuvandlı Balaməmmədin süvari partizan dəstələri, Pigəli Ələkbər Məmmədovun partizan dəstəsi, Boçarnikovun rəhbərlik etdiyi Privolnı kənd partizanları, Sarı adasındakı hidrolokasiya dəstəsi iştirak edirdi. 2 may 1919-cu ildə Muğan istisna olmaqla, Lənkəran və ətrafında bolşevik hakimiyyəti yaradıldı, 13 gün sonra isə Muğan Sovet Respublikası elan olundu. Respublikanın sədrliyinə D.D.Çirkin, onun müaviyinlinə Şirəli Axundov, inqilabi hərbi komitənin başçılığına isə Timofey Ulyantsev gətirildi, rəsmi qəzet çap olunmağa başlandı. Anastas Mikoyanın Leninə yazdığı məktubda azərbaycanlı kəndlilərin bu prosesdə fəal iştirak etdikləri və Bakını ələ keçirməyə hazırlaşdıqlarını vurğulayırdı.Həştərxandan 200 Qızıl Ordu Ardı »

"Azərbaycan Demokratik Respublikası"Nuru paşa

Gərgin vəziyyət Azərbaycan Demokratik Respublikası hökumətini ciddi tədbirlər görmək məcburiyyəti qarşısında qoydu. Gəncəyə qarşı yarıdan çoxu ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu tərəfindən gözlənilən təhlükənin qarşısını almaq üçün hökümət qərbi Azərbaycanda hərbi vəziyyət elan etdi. Azərbaycan Demokratik Respublikası hökumətinin dəvəti ilə 1918-ci ilin may ayının sonunda Nuru paşa 300 nəfərlik təlimatçı qrupu ilə Azərbaycana—Gəncəyə gəldi. Bu vaxt çox saylı bolşevik və daşnak qoşunları Gəncə istiqamətidə hücuma başladılar. Məqsəd Azərbaycan Demokratik Respublikasının milli ordusunu məhv etmək və bütün Azərbaycan ərazisini işğal etməkdən ibarət idi. Vəziyyətin çıxılmaz olduğunu görən təcrübəli hərbçi Nuru paşa üçüncü ordunun komandanı Vəhib paşaya məktub yazıb, tə’cili hərbi yardım Ardı »

"Azərbaycan Demokratik Respublikası"Məhəmməd Əmin Rəsulzadə Həyatı

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat Ardı »

"Azərbaycan Demokratik Respublikası"Siyasi münasibətlər

Şimali Qafqazda hərbi hərəkat davam edərkən, alman və bolqar cəbhələri süqut etmişdi. Osmanlı Dövlətinin müttəfiqləri, məğlubiyyəti qəbul edərək, sülh danışıqlarına getmək üçün Antanta dövlətlərinə müraciət etmişdilər. Belə bir şəraitdə çox böyük fədakarlıqla Qafqazda davam etdirilən hərbi hərəkatda Türk ordusu lazımi üstünlüyü təmin etmişdi. Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşa, bu vəziyyətin davam edə bilməsi üçün 5-6 oktyabr tarixində Şərq Orduları Qrupu Komandanlığına bir əmr göndərdi. Ənvər paşanın əmri belə idi:

"Azərbaycan və Şimali Qafqazdakı əsgərlərimizi çəkmiş kimi bir görüntü yaratmaq məcburiyyətindəyik. Bu halda, Azərbaycan və Şimali Qafqaz Respublikalarının öz əsgəri qüvvələrinə güvənməsi lazım gələcəkdir. Bu səbəbdən, Qafqazda qalacaq qüvvələrin Azərbaycan Ardı »