Ümumi → Manna Dəfn adətləri
Həsənlu nekropolu həmin dövrdə qala divarlarından kənarda təpənin şimal yamacında yerləşirdi. Qəbiristanlıq ərazisindən V və VI dövrlərdə uzun bir müddət ərzində istifadə olunmuşdur. Qəbiristan ərazisində ilk qazıntıları 1947-ci ildə M. Rad və A. Hakemi aparmışlar. Sonralar R. Daysonun rəhbərlik etdiyi ekspedisiya artıq sistematik qazıntılar aparmışdır, qazılmış qəbirlər xronoloji baxımdan yaşayış məskəninin təbəqələri ilə ardıcıl olaraq uzlaşır. Qəbirlər göstərir ki, bu qalanın əhalisi dəfn zamanı hansısa müəyyən bir istiqamət tutmamışlar. Ölülər böyrü üstə, bükülü vəziyyətdə birbaşa torpaqda basdırılmışlar.[198][199]
Kişilər xəncər, nizə, ox ucluqları, qadınlar isə qol və ayaq bilərzikləri, üzüklər, muncuqlar və baş geyimləri ilə birlikdə dəfn olunmuşlar. Bundan əlavə bütün qəbirlərə müxtəlif Ardı »