Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmir Teymurun Toxtamış xanla müharibəsi

Əmir Teymurun Toxtamış xanla müharibəsi (1380 - 1390) – rus knyazlıqları üzərində monqol təsirinin azaldılmasında mühüm yeri olan XIV əsr hərbi münaqişəsi. Döyüş əməliyatları Mərkəzi Asiya, Qafqaz və Volqaboyunda aparılırdı.
Ön şərtlər
1359-1380 illər ərzində Qızıl Orda taxtı 25 xan dəyişdi, xanlığın bir çox əyaləti mərkəzi hakimiyəti tanımırdı. 1370 ildə Sırdərya ulusundan olan Urus xan yüksəldi. Bu vaxt ərzində Çığatay ulusunda hakimiyətə gəlmiş əmir Teymur Urus xanın güclənməsindən ehtiyat edərək onun rəqibi Toxtamışı dəstəklədi. Urus bir neçə dəfə Toxtamışı məğlub etsə də, Toxtamış hər dəfə, yenə ona qoşun verərək yola salan Teymurun yanına qaçdı.

Lakin Urus qəflətən ölür və Kulikovo döyüşündən sonra Teymurun yardımı ilə Toxtamış nəhayət ki Qızıl Ordanın taxtına yiyələnir. 1382 ildə Toxtamış Rusiyanı yağmalayır və özünü keçmiş himayədarı Teymura qarşı çıxmaq gücündə olduğunu sanmağa başladı.

Teymurun Qızıl Ordaya birinci yürüşü
1380 ildə Teymur İranın fəthinə yollandı. Teymurun qışlaqda olmasından yararlanan Toxtamış, o zaman dünyanın ən böyük və zəngin şəhərlərindən biri olan Təbrizi tutdu və taladı. Bu Teymura açıq çağırış idi, çünki Azərbaycan əvvəllər Qızıl Ordanın təkibində deyildi. Buna cavab olaraq Teymur Cənubi Qafqazı işğal etdi və onu öz dövlətinə qatdı.

Teymur yenə İrana dönəndə, 1388 ildə Toxtamış onun mülklərinin düz mərkəzinə, Mavərənəhrə zərbə endirdi və Buxaranı mühasirəyə aldı. Vəziyətdən yararlanaraq Teymurun Moğolustandakı köhnə rəqibləri, o cümlədən Xarəzm hakimi baş qaldırdı. 1388 ilin payızında Səmərqəndə qayıdan Teymur ilk olaraq qiyamçıları cəzalandırdı. Ürgənc yer üzündən silindi, ərazisi isə arpa ilə əkildi. Lakin qoşunlar evə buraxılarkən, Toxtamış yenə Mavərənnəhrə hücum etdi. Cavabında Teymur məsləhətçilərin cənuba çəkilmək barədə məsləhətlərini rədd edərək, Səmərqənd və Şəhrisəbzdə ordusunu yığaraq şimala hərəkət etdi. Teymurun ordusu Toxtamışın avanqardını qarşıladı və onu Sırdəryanın o tayına atdı, lakin qarlı boran sonrakı döyüş əməliyatlarını imkansız etdi.

1389 ilin yazında Teymur əvvəlcə Xorasanda qiyam yatırmalı oldu, sonra isə şərqdə, Xızır-Xocanın başçılığı altında Toxtamışa yardım etmək istəyən catları sıxışdırdı. Sonra Teymurun doğulduğu Şəhrisəbzdə qurultay yığıldı və burada bütün qoşunları yığmaq barədə əmr olundu. Toxtamışdan ehtiyat edən Teymur qoşunların sayını 200 minə çatdırdı. 1390 ildə ordu yığıldı v qışlamaq üçün şimala Daşkəndə keçirildi.
Vəziyəti təhlil edərək Teymur qabaqlayıcı zərbə endirmək qərarına gəldi. Teymurun ordusu 1391 ilin soyuq yanvarında yürüşə başladı. Vaxt udmaq üçün Toxtamış elçi göndərdi, lakin Teymur onları qəbul etmədi. Onun ordusu Yası və Tabranı ötərək Yalavac çölüdən keçdi və aprelə, Sarı-Su çayını keçərək, Alatau (Aladağ) dağlarına çıxdı, burada Teymur “nəsillərə örnək obelisk” inşa etdirdi. Toxtamışın ordusu isə, bu arada, döyüşdən sovuşurdu, Teymurun azuqəsi isə bitməkdə idi. Onda Teymur bütün ordunun iştirakı ilə böyük pusqulu ov təşkil etdi, sonra isə Sibirin qərbinə hərəkət etdi. Mayın 11 Teymurun ordusu Ural çayına çatdı. Bələdçilərin onu pusquya gətirəcəyindən ehtiyat edərək, Teymur çayın adi dayaz yerlərindən yararlanmadı, ama çətin yerlərdən keçməyə əmr etdi. Bir həftə sonra onun ordusu Samara çayının sahillərinə yaxınlaşdı, burada kəşfiyatçılar rəqibin yaxında olduğunu bildirdilər. Lakin qızılordalılar, “yağmalanmış ərazi” taktikasını işə salıb şimala çəkilirdilər, ordunu yedirtmək üçün Teymur yenə “böyük ov” təşkil etdi. Nəticədə Toxtamış 18 iyunda Kondurça çayında döyüşə girməyə məcbur oldu. Toxtamış darmadağın edildi, lakin qaçaraq canını qurtardı.

Şirvanşahla Teymurun ittifaqı
Teymur Toxtamışa qarşı çoxtərəfli strateji müharibə aparırdı. Onun Qərbdə, xüsusi ilə İldırım Bəyazidə qarşı apardığı müharibəsində Şirvan xüsusi ilə vacib idi. Olduqca vacib strateji məntəqə olan Dərbənd keçidinə nəzarət edən Şirvanşahlar Teymur üçün əvəzedilməz müttəfiq idi. Teymur Qərbdə(Yaxın Şərqdə) apardığı müharibələri zamanı Toxtamışın ona arxadan zərbə endirməsi ehtimalı olduqca yüksək idi. Eyni zamanda Teymur Qızıl Ordaya Xəzər dənizinin şərq tərəfindən yürüş edərkən Toxtamış Dərbənd keçidi vasitəsi ilə onun Azərbaycandakı və İrandakı mülklərinə zərbə endirə bilərdi, necəki Təbrizi tutaraq etdi də. Buna görə xüsusi amansızlığı ilə tanınan Teymur Şirvana basqından çəkinirdi. Çünki zəif Şirvan Toxtamışın Dərbənd keçidinə nəzarət etmək niyyətinə qarşı çıxa bilməzdi. Teymurla I İbrahimin ittifaqı bununla bağlı idi.

Teymurun Qızıl Ordaya ikinci yürüşü
1394 ildə Teymur öyrəndi ki Toxtamış yenə ordu yığıb və ona qarşı Misirin sultanı Bərküklə ittifaq bağlayıb. Qızıl Orda qıpçaqları Gürcüstan vasitəsi ilə cənuba Teymurun imperiyasının sərhədlərinə basqın etdilər. Onlara qarşı ordu göndərildi, lakin onlar, şimala, çölə çəkildilər. Teymur qərara gəldi ki Toxtamışı birdəfəlik məhv etmək lazımdı.

1395 ildə Teymur Xəzər dənizi sahillərində öz qoşununa baxış keçirdi. Yəzdinin məlumatına görə, Teymurun sol cinahının avanqardı Əlburz dağının ətəyində, sağ cinah isə -Xəzər dənizi sahilində idi. Xəzər dənizini ötərək, Teymur əvvəlcə qərbə getdi, sonra geniş dairə vuraraq şimala döndü. Teymur Dəryal keçididən keçərək Çeçenistan ərazisinə çıxdı. Terek çayı sahilindəki döyüşdə Qızıl Orda qoşunları darmadağın edildi. Toxtamış yenidən ordu yığmasın deyə Teymur şimala getdi və Qızıl Ordanın böyük şəhərlərini tamamilə dağıtdı.

Nəticələr
Ürgənc, Saray Bərkə və Tana məhv ediləndən sonra, Böyük İpək yolunun şimal qolu daha mövcüd deyildi, və Toxtamış gəlirlərdən məhrum oldu. Karvanlar, Teymurun ərazisindən, cənub marşrutu ilə hərəkət etməyə başladılar, və əvvəl Toxtamışa çatan var dövlət indi Teymura qalırdı. Toxtamış yoxsul və yalavac ölkədə qaldı və tezliklə taxtını itirdi. Bundan başqa Teymur Qızıl Ordanı zəiflətməklə Moskva knyazlığına misilsiz bir xidmət göstərdi.


Tarix: 12.02.2015 / 18:22 Müəllif: Feriska Baxılıb: 224 Bölmə: Ümumi
loading...