Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → 1842-ci ildə Azərbaycan - Bakı zəlzələsi (1842)

Bakı zəlzələsi — 1842-ci ildə Bakı şəhərində baş vermiş 5 ballıq zəlzələ.

1842-ci il yanvar ayının 2-də Bakı şəhərində baş vermiş 5 ballıq zəlzələdən Abşeron yarımadasının şimal-şərq hissəsindəki Maştağa kəndində 700 evin hamısı uçmuşdur. Bu zəlzələ Bakıda da çox güclü hiss olunmuşdur. Ardı »

Ümumi → 1897-ci il ensiklopediyasında Nuxa qəzası haqqında məlumat (ixtisarla)

"Nuxa qəzasının sahəsi 3346.7 verst², başqa sözlə 3808,7 km²-dir. Əhalisi 1 yanvar 1896-cı il tarixdə 94767 nəfər (51552 kişi; 43215 qadın) idi. Nuxa qəzası nisbətən varlı, sənayenin və ticarətin inkişaf etdiyi qəzalardandır. Qəzanın xarakterik cəhətlərindən biri də burada əhalisi çox olan kənlərin olmasıdır. Məsələn, Xaçmazda 4557, Baş Göynükdə 5084, Vəndamda 4323 nəfər adam yaşayır. Əhalinin məşğuliyyətində taxılçılıq, xüsusilə çəltik əkib-becərmək, bağçılıq, ipəkçilik əsas yer tutur. Qəzanın əhalisi çox olan kəndlərindən biri - Nic kəndi, hansı ki bu kənddə 5084 nəfər adam yaşayır, bağçılıq, ipəkçilik və əkinçilik sahəsində nəinki Nuxa qəzasında, hətta bütün quberniyada ən irəlidədir. Qəzada 1894-cü ildə 89,5 desyatin sahədə Ardı »

Ümumi → Əmir Həsən Sulduz

Əmir Həsən Sulduz(?-1327)— Əmir Çoban Sulduzun oğlu (9 oğlundan yaşda ən böyüyü), Çobanlılar sülaləsindən sərkərdə, Xorasan və Mazandaranın naibi.
Həyatı[redaktə]
O, Əmir Çobanın çoxsaylı oğullarından biri idi. Əmir Həsənin 3 oğlu vardı:

Əmir Talış Sulduz— İsfahan, Fars və Kirman naibi (1324-1329), yaşda ən böyüyü idi.
Qoç Hüseyn Sulduz
Hacı bəy Sulduz
Fəaliyyəti[redaktə]
Çobanlılar hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idi. Əmir Çoban Sulduz Sultan Əbu Səid Bahadur xanın gözündən düşəndən sonra atası ilə birlikdə öldürüldü. Ardı »

Ümumi → Atropatena Əhalisi

Ellinizm dövründə, Atropatenada yunan dili geniş yayılmışdır. Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. Atropatena əhalisinin atropaten dili və yazı ənənələri olan bir ölkə idi.

Bəzi müəlliflərin apardıqları araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini aborigen türk tayfaları əsasında formalaşmış atropatenlilər təşkil edirdi və Atropatena tarixi Azərbaycan torpaqlarının bir hissəsində Azərbaycan türklərinin ulu əcdadları olan atropatenlilər tərəfindən yaradılmış bir dövlət olmaqla, nəhəng Midiya dövlətinin həm siyasi, həm də etnik varisidir.

Mənbələrdə adları keçən Atropatena ərazisində yaşayan tayfalardan biri də Qafqaz albanlarıdır. Ardı »

Ümumi → Atropaten dili

Atropaten dili – Atropatena əhalisinin dili.

Akademik İqrar Əliyevə görə Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapmış və yazı ənənələri olan bu etnosun dili də Atropaten dili olmuşdur.

Etnoqraf Q. Qeybullayevin iddialarına görə atropatenalıların dili türk dili olmuşdur Ardı »

Ümumi → Aşot Süni

Aşot Süni – 892 – 909 – cu illərdə hakimiyyətdə olmuş Sünik knyazı.
Bioqrafiya
Sünik sülaləsindən olan Aşot Süni Vasak İşxanikin qardaşı və varisi olmuşdur. Aşot 891-ci ildə Ermənistan hökmdarı I Smbatın tacqoymasında iştirak etmişdir. 895 – 906 – cı illərdə o, II Qriqor Supan və şahzadə Cagikin köməkliyi ilə Tatev monastırını inşa etdirmişdir. Onun dörd oğlu olmuşdur – Smbat, Saak, Vasak və Babgen. Təxminən 909 – cu ildə taxtda onu oğlu Smbat Süni əvəz etmişdir. Daha sonra isə nəvəsi I Smbat Süni (Saakın oğlu) hakimiyyətə gəlmişdir. Aşot Süni Tatev monastırında dəfn edilmişdir.. Erməni tarixçisi Hovanes Drasxanakertçi onun haqqında yazır:

“...İncə qəlbli və xalqın Ardı »

Ümumi → Şihabəddin Ömər Sührəvərdi

Həyatı[redaktə]
Əbuhəfs Sührəvərdi 1145–ci ilin yanvarında Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun gəncliyində Bağdada gedib, orada Nizamiyyə mədrəsəsinin müəllimi, əmisi Əbunnəcib Sührəvərdi, Əbdülqadir Cili-Cilani, Əbuzürə Müqəddəsi və başqalarından təhsil aldığını, onun fiqh, təsəvvüf və ədəbiyyata dərindən yiyələndiyini, geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazandığını qeyd etmişdir.

Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin müəllimi və yaxın dostu, Qadiriyyə sufi təriqətinin banisi Əbdülqadir Cili-Cilaninin şagirdinin gələcəyinə böyük ümid bəsləyib, ona "sən İraqda məşhurların axırıncısısan" dediyini yazmışdır. Tədqiqatçı mənbələr əsasında bildirmişdir ki, Azərbaycan mütəfəkkiri ömrü boyu ziyarətlərdə, səyahətlərdə olmuş, dövrün böyük şəxsiyyətləri, yaradıcı ziyalıları ilə görüşmüşdür. Əbdürrəhman Cami belə bir əhvalatı Ardı »

Ümumi → Üzümdil mahalı

Tarixi[redaktə]
Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Üzümdil mahalıdır. Mahalın inzibati mərkəzi Toxumdil kəndidir. 25 kəndi vardı. Üzümdil mahalının tarixi qədimdir. Burdan, Vərziqan qəsəbəsinin 5 km şərqində, Səkindil kəndinin yaxınlığında, Zaği dağının yamacında tapılmış daş kitabə Urartu hökmdarı II Sardurinin (b.e.ə.780-730) Manna dövlətinə yürüşündən bəhs edir. Kitabə mixi xətti ilə yazılıb. Mətndə deyilir: "Xalidi Allah öz silahı ilə (?) yürüşə çıxdı6 , dağlıq Puluadi ölkəsinin1 hökmdarı Kadiauya (?) qalib gəldi…. Argiştinin oğlu Sarduri yürüşə çıxdı. Saduri deyir: Mən 21 qala fəth etdim. 45 və yaxud 44 şəhəri mən bir gün ərzində fəth etdim. Möhkəmləndirilmiş hökmdar şəhəri Libliu [ni] şəhərini döyüşlə aldım". [1]. Üzümdil Ardı »