Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UŞAQ ŞEİRLƏRİŞaxta babanın nəğməsi

Qopdu bayırda tufan
Uğuldadı yel boran
Döyüldü pəncərə bərk
Açdı qapını külək
Yelləndi çilçiraqlar,
Doldu evə soyuq qar.
Aha aha diyəsən
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq
Girdi evə bir qoca,
Boyu çinardan uca…
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu.
Uşaqlar görcək bunu
Alıb dövrəyə həmən
Tutdular ətəyindən:
Şaxta babadır gələn
Şaxta baba şaxtacan
Hardasan bu vaxtacan
Şaxta baba gülərək
Uşaqlarla təkbətək
Qucaqlaşıb görüşdü
Nə isə yadına düşdü
Fikrə getdi bir qədər,
Dedi – əziz körpələr
Qarlı dağlar aşaraq
Çox ellər dolaşaraq
Dağlarda qurdum dəyə
Gəldim sizi görməyə. Ardı »

UŞAQ ŞEİRLƏRİYeni iliniz mübarək!

Yeni ildə uşaqlar

Böyük yolka qurdular,

Yolkanın ətrafında

Çaldılar, oynadılar,

Şaxta baba hamıya

Çoxlu hədiyyə verdi,

Uşaqları bax belə,

O sevdi, əzizlədi:

«Mənim əziz balalarım,

Qardan təmiz balalarım,

Gəlin, birlikdə deyək,

Yeni iliniz mübarək! Ardı »

UŞAQ ŞEİRLƏRİTural və dəniz (uşaq şeiri)

Dəniz, dəniz, ay dəniz
İndi yaman acmısan.
Uzadıb əllərini
Sahilini qucmusan.

Yemək üçün indi sən
Yamanca ağlayırsan.
Içindəki balığı,
Nə vaxta saxlayırsan?

Yoxsa sənə gülərlər,
Ye balıqdan doyunca.
Çaylar su gətirərlər
İndi sənə ovcunda.

-Bu sözümü, ay Tural,
Sırğa elə qulağa.
Dəniz acından ölər,
Amma dəyməz balığa. Ardı »

UŞAQ ŞEİRLƏRİAna dili

Ana dili ezizdir
Hem boyuye hem korpeye
Bu dili her birimiz
Borcluyuq oyrenmeye

Her bir kesin oz dili
Her bir kesin oz dini
Bizim Azerbaycanin
Zengindir Ana dili….. Ardı »

UŞAQ ŞEİRLƏRİÜzüm (uşaq şeiri)

Yol tərəfə tutmuşam
Bir saatdı üzümü.
Daşıyırlar uşaqlar
O tərəfdən üzümü.

Dırmaşıblar heyvaya
Şaftalıya, üzümə.
Görən bağ yiyəsi gəlib
Nə deyəcək üzümə.

Baxdım qəlbim əzildi
Əzik – üzük üzümə.
Bu bağçanın günahı
Çəkiləcək üzümə. Ardı »

UŞAQ ŞEİRLƏRİMən balaca deyiləm

Səhər tezdən dururam,
Əl-üzümü yuyuram
O qədər böyümüşəm,
10-a qədər sayıram!

Kuklamı çimdirirəm,
Qəşəng geyindirirəm
O qədər böyüyəm ki,
Bağçaya da gedirəm!

Ad günümdə hamı mənə,
Qəşəng hədiyyə alacaq
Deməyin mənə balaca,
Mənim beş yaşım olacaq!

Böyüyəm mən, böyüyəm
Görün necə, böyüyəm
Sevinirəm ay uşaqlar,
Kuklamdan da böyüyəm! Ardı »

UŞAQ ŞEİRLƏRİNovruz gəlib

Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib,(2)
Novruz gəlib,yaz gəlib.(2)

Kosa,sən də gəlsənə,
Gəlib salam versənə.
o torbanı ver görək,
Yumurtalar rəngbərəng.
Hər biri can dərmanı,(2)
Ver dolduraq torbanı.(2)

Novruza bax,yaza bax,
O əriyən buza bax.
Sellər axır şırhaşır,
Çöllər olub yamyaşıl.
Ot bitir,yemlik bitir,(2)
Keçəl başa tük bitir.(2) Ardı »

UŞAQ ŞEİRLƏRİCici don (uşaq şeiri)

Nigara atası, aldı “cici” don.
Güllərinin sayı, üstündə düz on.
Nigar o gülləri saydı birbəbir
Sayı gah on oldu, gah da ki, onbir.

Güllərin sayını itirdi Nigar.
Bir gül dərib donda bitirdi Nigar.
Saydı sağa-sola gülləri bir-bir,
Yenə də bilmədi, ondu, ya onbir?!

İndi siz söyləyin, ondu, ya onbir?! Ardı »