UŞAQ ŞEİRLƏRİ → Əziz müəllim
Nəsillərə paylayır,
Gözlərinin nurunu,
Ən çətin anda belə
İtirmir qürurunu.
Şagirdlərə bölür o
Qazandığı varını.
Qoymarıq itirə o
Bizə etibarını.
Əziz müəllimimin
Qayğı yağır gözündən.
Çətinliyə düşürük,
Bir yol çıxsaq sözündən.
Bizə düz yol göstərən,
Sənsən, əziz müəllim,
Arzusuna qovuşmaz.
Sözündən çıxsa hər kim. Ardı »