Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UŞAQ ŞEİRLƏRİBirinci qar

Dağlara qar yağdı bu gün,
Birinci qar,birinci qar!
Hər bir tərəf ağdı bu gün,
Çölə çıxın,ay uşaqlar!

Geyiminiz isti,qalın,
Şaxta sizə neyləyəcək?
Qar üstündə ilk iz salın,
Gəlin görək,gəlin görək!

İşə salın xizəkləri,
Buz üstündə axın,keçin!
Birinci qar,qış səhəri
Nə gözəldir,baxın keçin!

Yadınızdan çıxmasın ha,
Qartopu da ay uşaqlar!
Doğurdan da,bunsuz daha
Nəyə lazım birinci qar?

Yurdun xoşbəxt balaları,
Nəğmə deyin quşlar kimi.
Sevin qışı,sevin qarı
Allı-güllü bahar kimi.
Birinci qar, birinci qar! Ardı »

UŞAQ ŞEİRLƏRİMənim ağıllı balam

Mən saymağı bilirəm,
Hərfləri tanıyıram
Mənim də var məktəb çantam,
Sabah məktəbə gedirəm!

Müəllimə desə «A» yaz
Mən tez «ana» yazacağam,
Desə ki, 10-a qədər say,
100-ə qədər sayacağam!

Çoxlu-çoxlu oxuyub,
Savadlı olacağam
Mənə deyəcək anam,
«Mənim ağıllı balam»! Ardı »

UŞAQ ŞEİRLƏRİNovruz bayramı şeiri

Geldi martin doqquzu,
Bayram edek novruzu.
Tonqal alisdi-yandi,
Yumurtalar boyandi.

Xoncalar da bezendi,
Semeniler cucerdi.
Usaqlar papaq atdi,
Her evde bir sam yandi.

Sekerbura-paxlava,
Bisirilir evlerde,
Xoncalara qogalda,
Qoyulur sufrelere.

Qizlar fala baxarlar,
Bulaq uste cixarlar.
Etirli benovseni,
Derib dose baxarlar.

Novruz gezir veteni,
Sesleyir yasemeni.
Bezeyir benovseler,
Butun colu cemeni.

Qizlar fala baxarlar,
Bulaq uste cixarlar.
Etirli benovseni,
Derib dose taxarlar. Ardı »

UŞAQ ŞEİRLƏRİSevincin kökəsi (uşaq şeiri)

Arı vurub Sevincin
Sağ gözünün altına.
Üz – gözünü gizlədir ,
O, utana – utana.

Çağırırlar Sevinci
Uşaqlar düzdə, yolda.
Kökə yeyən Sevincin,
Kökəlibdi sağ gözü,
Olubdu kökə boyda. Ardı »

UŞAQ ŞEİRLƏRİŞən yolka

Geyinmisən al-əlvan
Budaqların çırağban.
Dövrə vurub qız-oğlan
Nəğmə deyir şən-yolka
Sən nə gözəlsən yolka.

Dildə gəzir sorağın
Bəzənib hər budağın
Şaxta baba qonağın
Olmuş sənin şən yolka
Sən nə gözəlsən yolka.

Çölü meşəni bəzə
Düzləri gəzə-gəzə
Hər il qonaq gəl bizə
Ürək açan şən yolka
Sən nə gözəlsən yolka. Ardı »

UŞAQ ŞEİRLƏRİGözümü yuma bilmirəm

Otağı süpür, qızım
Süpürmüşəm, anacan!
Mənə su gətir, qızım
Gətirmişəm, anacan!
Paltarları yumusan ?
İndi yudum, anacan!
Çörəyini yemisən ?
Yedim, yedim anacan!
Di gözünü yum görüm ,
Sənə bir şey göstərim .
Gözümü yumsam, ana
Sənsiz qalaram axı .
İstəmirəm bircə an ,
Mən sənsiz yaşamağı. Ardı »

UŞAQ ŞEİRLƏRİYatmış dəniz şəkli

Ana, dəniz çəkmişəm
Sular axsa da dolmaz.
Yox qızım, yanılmısan
Dəniz dalğasız olmaz .

Dəniz coşar, ha daşar
Şahə qalxar dalğası.
Hər xırda gölməçədən
Dəniz olmaz qadası .

Yatan zaman çəkmişəm
Mən dənizi, ay ana,
Oyansa bu dənizim
Dönəcəkdir tufana. Ardı »