Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UŞAQ ŞEİRLƏRİQızıl güllər (uşaq şeiri)

Yaman nadincdi,
Bu qızılgüllər.
Dişlərinə bax,
Mənə gülürlər.

Gəldim yaxına,
Gördüm qəşəngdi.
Dərmək istədim,
Məni dişlədi.

İşıq tək yanır,
Bu qızılgüllər.
Görəsən belə,
Nə gözləyirlər?

Ay qızılgüllər,
Qalın beləcə.
Qoy oğlum gəlsin,
Qorxarsız, necə! Ardı »

UŞAQ ŞEİRLƏRİƏlifbam

Həriflərin yuvası
Əlifbam, ay əlifbam.
Şirin ana laylası
Əlifbam, ay əlifbam .

Anamın səsi səndə ,
Körpə nəfəsim səndə .
Arzum, həvəsim səndə ,
Əlifbam, ay əlifbam.

Sən mənim ilk kitabım,
Vətənim, yurdum, adım.
Vərəqlərin qanadım,
Əlifbam, ay əlifbam

Təzə kövrək çiçəyəm
Səndən su içəcəyəm.
Sənə and içəcəyəm,
Əlibam, ay əlifbam. Ardı »

UŞAQ ŞEİRLƏRİSabah (uşaq şeiri)

Uşaqlara toxunma,
Yaxşı yeri yolunu.
Küçədə təpik atma,
Yanına sal qolunu.

Keçirsən əyri – üyrü,
Düz çəkilən yolları.
Hələ sığal bilirsən,
Sənə dəyən qolları.

Öz – özünü öyürsən,
Bir şey girmir başına.
Bu gün mənə dəyərsən,
Sabah yekə maşına. Ardı »

UŞAQ ŞEİRLƏRİYumruq və şokalad (uşaq şeiri)

Bu gün səhər Azadı
Tural gəlib döyübmüş.
O ki var danlayıbmış
O ki var da söyübmüş.

Azadım ağlamağı
Aşmayıbdı çəpəri.
Bu davadan heç kəsin
Olmayıbdı xəbəri.

Deyin niyə, bəs niyə
Azad sakit olubmuş.
Demə hiyləgər Tural
Yumruğunun içinə
Bir şokolad qoyubmuş. Ardı »

UŞAQ ŞEİRLƏRİÇoban Səfər (uşaq şeiri)

Səfərə bax, səfərə
Gedib çıxıb çəpərə.
Demə çəpər çürükmüş
Dəyib üz üstə yerə.

Sınıbdı qabırğası
Əyri – üyrü çəpərin.
Pozulub halı, kefi
Qara gözlü Səfərin.

Demə çəpərin üstə
Boranılar varıymış.
Demə çəpərin üstü
Dolu yuvalarymış.

Elə bil ki bu yerdən
Quşlar küsüb haçandı.
Boranılar quzudu
Səfər indi çobandı. Ardı »

UŞAQ ŞEİRLƏRİObalar köç edib (Tebiət şeiri)

Daha pətəklərdən uçmur arılar,
Yarpaqlar tökülüb, bağ yetim qalıb.
Nağıla başlayıb qoca qarılar,
Obalar köç edib, dağ yetim qalıb.

Qar-boran haqlayıb uca zirvəni,
Kəkliyin nəğməsi yaman həzindi.
Yüz yerə qıvrılır dərənin çəni,
Elə bil düz-dünya donacaq indi.

Gündüzlər sıx bulud, gecələr ayaz,
Küləklər çapırlar belədən belə.
İnana bilmirəm o çiçəkli yaz,
Bir daha bu yurda qayıda gələ.

Qırmızı don deyib döşdə yemişan,
İtburnu baldan da bir az dadlıdır.
Aylarla güllərə nəğmələr qoşan,
Bülbüllər nə vaxtdır min soraqlıdır.

Bulaqlar gediblər div yuxusuna,
Çoxdandır quruyub sısqa çeşmələr.
Böcəklər qalxanda yaz qoxusuna,
Yenə də bu yurda qaranquş gələr. Ardı »