Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UŞAQ ŞEİRLƏRİƏsgər (uşaq şeiri)

Balaca Tural,
Ağladı bir gün
Tez olun mənə,
Şokalad verin.
Əgər siz mənə
Top almasanız,
Dənizə çaya
Aparmasanız,
Dəvəyə, ata
Mindirməsəniz,
İşdən gələndə,
Şəkil kitablar
Gətirməsəniz,
Bir gün gözümü,
Yumacağam mən,
Qalacaqsınız
Qaranlıqda siz. Ardı »

UŞAQ ŞEİRLƏRİÇiçəkdən göyçək (uşaq şeiri)

Elvin gedib bağçadan,
Dərdi bir dəstə çiçək.
Dedi, yəqin bunları
Nərmin sevinər görcək.

Tez- tələsik yüyürdü
Bacısının yanına,
Oyuncaqlar Nərminin
Daraşmışdı canına.

Elvinin əllərində
Başını əydi çiçək,
Nərmin baxıb gülürdü,
Özü çiçəkdən göyçək. Ardı »

UŞAQ ŞEİRLƏRİAyxan həkim (uşaq şeiri)

Bir gün kiçik Ayxanın
xəstələndi nənəsi.
Onun yanına gəldi
şirin, dəcəl nəvəsi.

Qulaq asdı nənənin
köksündə ürəyinə.
Nəbzini yoxlayaraq
əl qoydu biləyinə.

Sonra qaşların çatıb
Ayxan çox fikrə getdi.
Həkimsayağı durub
Nənə ilə söhbət etdi.

– Yeməlisən çoxluca,
Konfet, şokalad, banan,
Səndə xəstəlik yoxdur,
Tez sağalarsan, inan! Ardı »

UŞAQ ŞEİRLƏRİSevincin əlifbası

Sevinc bir yazıb
Düz özü boyda.
O hərifini də
Öz gözü boyda.

Birdən P – nın,
Qulağın dartır.
Birdən A – nın
Yanında yatır.

Həriflər onu
Çox incidirlər.
Bir də görürsən
Yallı gedirlər .

Sevinc belədi
Nə deyək ona.
Düz üç gündü ki,
Hey yazır “Ana.” Ardı »

UŞAQ ŞEİRLƏRİKələm (uşaq şeiri)

Soydu qabığını,
Sevinc kələmin.
Dedi ki, görən,
Harasındadı
Kələm kələmin?
Çağırdı hələ,
Dostu Kərəmi
Kərəm də soydu
Yenə kələmi.
Tapmadılar heç
Axırda Sevinc
Gedib dedi ki
Tez ol gəl, əmi
Tapaq kələmi. Ardı »

UŞAQ ŞEİRLƏRİSülh nəğməsi

Dünyanın uşaqları!
Gəlin əl-ələ verək!
Ən hündür bir zirvədə
Sülh bayrağı yüksəldək!
***
Sülh bayrağı dalğalansın
Hər tərəfə sülh yaysın,
Dünyadakı balalara
Sevincdən pay ayırsın!
***
Qoy dünyadakı uşaqlar
Həmişə gülsün, sevinsin,
Nə arzu etsə balalar
Yerinə yetsin arzular!
***
Mənim arzum budur Günəş,
Başımız üstündə olsun!
Gecələr sübhə qədər Ay,
Uşaqlara desin laylay!
***
Bir sehirli yağış yağsın
Dünyanı tərtəmiz etsin
Uşaqları sevməyənlər,
Çıxsın, dünyamızdan getsin!
***
Silah düzəldən əmilər
Silahları yandırsınlar,
Onlar da bizə qoşulub
Sülh nəğməsi oxusunlar!
***
Bütün qəfəsləri açıb,
Quşları göyə buraxaq
Sülhün azadlıq himnini,
Əl-ələ tutaq, oxuyaq!
***
Bütün dünyaya yayılsın
Uşaqların arzuları,
Arzularına çatsınlar
Dünyanın gül balaları!
***
Sülhün azadlıq nəğməsi
Sevindirsin hər bir kəsi
Göyərçinlər göyə qalxsın
Hamını sülhə çağırsın! Ardı »

UŞAQ ŞEİRLƏRİMən gəlirəm!!!

Geldi ayın son günü,
Dedi açın gözünüzü.
Axşam qapı açıq olsun,
Mən gəlirəm, mən gəlirəm.

Sabah gələcəm, bugün gələcəm,
Oyağ olmayın yoxsa gəlmərəm.
Corabları tez-tez asın,
Mən gəlirəm, mən gəlirəm.

Məktubları yazın qoyun,
Poçtalyona qaçın qoyun.
Ünvanınızı yazın qoyun,
Mən gəlirəm, mən gəlirəm.

Qızlara kukla gətirdim,
Oğlanlara maşın gətirdim.
Ailələrə sevgi gətirdim,
Mən gəlirəm, mən gəlirəm. Ardı »

UŞAQ ŞEİRLƏRİKüsəyən süsən (uşaq şeiri)

Dostlarıyla bağçada
Oynayır bizim Süsən.
Dəymədüşərdi yaman
Tez-tez hamıdan küsən.

Gördü açıb qızılgül,
Deyir, mənə baxıb gül.
Istədi bir gül dərə
Dostu Hətəmə verə.

Əlinə batdı tikan,
Barmağında gördü qan.
Qızılgüldən də küsdü,
Tutub ləçəyin üzdü.

Qızılgülün görkəmi
Pərt elədi Hətəmi.
Hətəm küsdü Süsəndən
Hamıdan tez küsəndən. Ardı »