Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VƏTƏN ŞEİRLƏRİUlu bir sərkərdə,ulu bir öndər.

Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə,ulu bir öndər.

Ucaltdı hər yerdə bayrağımızı
Yazdı tarixlərə ad-sanımızı
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə,ulu bir öndər.

Hara baxırsansa nişanələri.
Özündən sonrakı abidələri
Bizləri tərk etmir xatirələri.
Ulu bir sərkərdə,ulu bir öndər.

Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə,ulu bir öndər.

Zəhməti ilə dirçəlti yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu,
Ulu bir sərkərdə,ulu bir öndər.

Bu idi məqsədi vətən ucalsin,
Oğullari düşmənləri dağlasin.
Analar gözünü sevinc ağlatsin,
Ulu bir sərkərdə,ulu bir öndər. Ardı »

VƏTƏN ŞEİRLƏRİkəlbəcərdə

Yolum Dəlidağa düşdü bir dəfə
Dünyanı gözəllik sehirləyirdi.
Bulaqlar tuşlanıb Tərtər hədəfə
Dağlardan aşağı yol eləyirdi.

Arı pətəyiydi qayalar şan-şan
Küləklər dumanı körükləyirdi
Uzanıb dağların dabanınacan
Bulaqlar dağların hörükləriydi.

Cəmənlər yağışın ucundan tutub
Leysanı yumaq tək çözələyirdi.
Dağlar buludların saçından tutub
Dərə heybəsinə gözələyirdi.

Göylərə atılan daş kəmənd kimi
Zirvələr buluda qısılıydılar.
Qorxudan asılan son ümid kimi
Cığırlar qayadan asılıydılar.

Dəlidağ dəli bir nərə çəkmişdi
Buludlar haraya yığılmışdılar.
Dərələr qorxudan yerə çökmüşdü
Təpələr yumruq tək sıxılmışdılar.

Daşdan damcılayan , qayadan çızan
Damcılar elə bil noğuluydular.
Nəğmə sızılardı daşları sıxsan
Dərələr dodağı nağıllıydılar.

Hərarət yaymışdı yamaca , döşə
O alov lalələr , o köz lalələr.
Qəlbimi dağlarda qoyub gəlmişəm
Bəlkə ovundura bir az lalələr.

Kəlbəcər xatirələri

Sübh dumanı otlar üstə damcılar
Şehdə çimər kəklikotu, qırxbuğum
Yamacların bələyinə sancılan
Lalələrin xalları gözmuncuğu .

Keyti dağı qayalara Ardı »

VƏTƏN ŞEİRLƏRİBağışla QARABAĞ Bağışla Bizi!

Səsləndim Qarabağ Duymadı Məni,
Deyəsən Küsübdü cavab vermədi…
Bağışla Qarabağ Bağışla Bizi,
Vecinə olmamisan bizim millətin…

Pul Verib əsgərlikdən qaçan oğullar,
Atası məmur olan pullu “noğullar”..
Onların Yerinə gedər kasıblar
Bağışla Qarabağ bağışla bizi..

Ancaq Özəl günlərdə Xatırlanarsan,
Biz burda kef çəkərik, sən ağlayarsan.
Erməni vəhşiləri tapdayar səni,
Bağışla Qarabağ bağışla bizi…

Hər kəsə atmıram təbii ki, sözü,
Amma Atdıqlarım götürsün özü.
Əsgərlikdən qaçana demirlər “KİŞİ!”.
Bağışla Qarabağ bağışla bizi. Ardı »

VƏTƏN ŞEİRLƏRİHəsrətindəyəm

Xəyalım dolanır uca göyləri,
Ağdamın, Laçının həsrətindəyəm.
Şuşada Cıdır düzü, kəlbəcərdə Turşsuyun,
Zəngilan, Cəbrayılın həsrətindəyəm.
==============================
Xocalı dərdi yandırır bizi,
Vətən nalə edib çağırır bizi,
Qubadlı, Füzuli gözləyir bizi,
Zəngəzur, Göyçənin həsrətindəyəm.
==============================
Kəlbəcərdən Turşsuya enəndə dayan,
İsa bulağının yoxdur suyundan doyan.
Topxana meşəsini ediblər talan
Cıdır düzündə at çapmağın həsrətindəyəm.
=================================
Horadizdir Füzulinin döyünən ürəyi,
Zəngilan, Qubadlıdır xalqın diləyi,
Göyçədir Dədə Ələsgərin vətəni,
Valehin diyarı, Gülablı həsrətindəyəm.
================================
Yazmağla qurtarmayır dərdimiz,
Vətən əldən getsə, de qaldı nəyimiz,
Ağdərə, Xankəndi bizim dərdimiz,
Sahil, bütün Qarabağın həsrətindəyəm. Ardı »

VƏTƏN ŞEİRLƏRİVətən nədir?!

Vətən nədir?-Anlayana ana deməkdir.
Ana kimdir?- Bizə vətəni anladan.
Vətən nədir?- Ümman yeri,ümid deməkdir.
Ümid nədir?- Bizi sabahlara aparan.

Vətən nədir?- Nurlu sabah deməkdir.
Sabah nədir?-Bir addım da irəli.
Vətən nədir?-Get, irəli demekdir.
Qarabağa doğru,Qarabağa irəli.

Vətən nədir?- Qarabağdır, Təbrizdir,
Çünki onlar, vətənçün can deməkdir.
Yenə soruşsanki bu vətən nədir?
Bilki, Vətən- AZƏRBAYCAN deməkdir. Ardı »

VƏTƏN ŞEİRLƏRİVətəni sarsıdan iş belə qalmaz

Çoxalır dünyanın dərdi günbəgün,
Tab etməz, ağarar baş belə qalmaz.
Açılmaq yerinə çoxalır düyün,
Hiddətdən çatılar, qaş belə qalmaz.

Acgözlər salıblar dünyanı dərdə,
İstəklər üstünə çəkilib pərdə.
Günahsız insanlar qəmdə, kədərdə,
Qüssədən əriyər, daş belə qalmaz.

Tumara qərq olub qana çalxayan,
Göz yaşı gətirən, qan-qada yayan,
Arada qalana tapılmır həyan,
Gödənlər dağıdan diş belə qalmaz.

Çoxdandır atlanıb bəy oğlu bəylər,
İstəsə, səyirdər, istəsə əylər,
Yüz dəfə dağıldı, heç oldu səylər,
İrəli gərilən döş belə qalmaz.

Durmadan çoxalır, artır qan-qada,
Oğullar özlərin atırlar oda.
Ya ölüb qurtarmaq, Azadlıq ya da,
Vətəni sarsıdan iş belə qalmaz. Ardı »

VƏTƏN ŞEİRLƏRİBir zaman Xocalı qan ağlayırdı

Bir zaman Xocalı qan ağlayırdı
Hərə öz canı ücün yer axtarırdı
Vətən oğulları vurusurdular
Amma Xocalını tay satmışdılar.

Artıq döyüş üçün tamam gec idi,
Canını qurtaran qurtara bildi,
Şəhidlərin sayı altı yüz on üç,
Bunların içində çağa (uşaq) səksən üç.

Belə haqsızlığa göz yumur zaman,
Bizim millətdəki düşünür hər an,
Tək döyüş yubansın Xocalı qalsın,
Qoy bizimkilərin pulu çoxalsın…! Ardı »

VƏTƏN ŞEİRLƏRİMəni şeirimdə gəz bir insan kimi (Məmməd araza)

Səni şeirində gəzib dolaşdım
Baxdım yan-yörənə,baxdım kölgənə.
Sanki uca dağın qoynuna qaçdım
Əllərim çatmadı ucqar zirvənə.

Gücünü,qüvvəni təbdən alarkən,
Bağban tək bağçada güllər bitirdin.
Çaylar üzərindən körpü salarkən,
Ellərə qovuşub,ellər itirdin.

Anlamaq çətindi qoca cahanı
Tale də hərəyə bir ömür yazmış.
Bütöv görmək üçün AZƏRBAYCANı
Sən demə,sən demə bir ömür azmış… Ardı »