VƏTƏN ŞEİRLƏRİ → Xocalı faciəsi il dönümü
26 fevral 1992-ci il.
Bu elə bir tarix ki,
Anılacaq hər bir an.
Aylar, illər ötsə də,
Yandıracaq, yaxacaq,
Nə qəzəb soyuyacaq,
Nə də qələm susacaq.
Şəhid ruhu nifrətlə
Bizdəki laqeydliyə,
Şahidlərə baxacaq.
Mən özüm də bir şahid,
Şayiələr baş alır,
Ürək dolur, boşalır,
Tüstülənən bacalar,
Yurd-yuvalar boş qalır.
Xəbər var Xocalıdan,
Eşidirik ekrandan:
Elə itkimiz yoxdur,
İki nəfər ölübdü.
Daha deyən yoxdu ki,
Büsbütüncə bir elin
Nur çırağı sönübdü.
Faciənin miqyası
Məxfi saxlanır xalqdan!
Xadimlər, xainlərdə
Vəhşətə bax, vəhşətə,
Dəhşətə bax, dəhşətə!
Bu fəlakət, faciə
Türkə ləkədir, ləkə!
Silinib yer üzündən,
Xarabadı bir şəhər,
Səpələnib səngərə
Pərən-pərən meyitlər,
Qoca, cavan, körpələr,
Açmayaydı kaş səhər!
Süngülərin ucunda,
Ölümündən bixəbər,
Anasının döşündən
Süd yerinə qan əmər
Allah, çağa, südəmər!
Sülhdən dəm vuran köpək
Sərgərdan səngərdəsən,
Düşünmə sərkərdəsən,
Fahişəsən, faşistsən,
Ondan da beşbetərsən,
Düşük düşmənsən, düşmən!
Sərkərdə qisas almaz
Körpədən, südəmərdən!
Nə olsun ki, Bakıda
Ucalıbdı abidə,
Bu da bir təsəllimi?
Bu müsibət, bu Ardı »