Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VƏTƏN ŞEİRLƏRİAyağa dur, Azərbaycan!

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını Ardı »

VƏTƏN ŞEİRLƏRİUlu Naxçıvan

Tarixlər görmüsən az deyil yaşın,
Keçmişdə bəlalar çəkibdir başın.
Nuhu görübdür torpağın-daşın,
Dahilər məskəni Ulu Naxçıvan

Bəzənib nə qəşəng yenə hər yanın
Açıbdır gül-çiçək bağın, bostanın,
Fərəh verir bizə bu gözəl anın,
Dahilər məskəni Ulu Naxçıvan.

Səni görən bilməz nə qəm, nə kədər,
Fərəhdən, nəşədən qəlbi sevinər.
Son yadigarındır Əliyev Heydər,
Dahilər məskəni Ulu Naxçıvan.

Səadət ulduzun göylərdə parlar,
Xeyirxah oğullar edər iftixar.
İlham Əliyev tək övladın var,
Dahilər məskanı Ulu Naxçıvan. Ardı »

VƏTƏN ŞEİRLƏRİQürbətdən insana yurd, vətən olmaz

Əlli il aradan axdı çay kimi,
Nə həvəs o həvəs, nə yaş o yaşdı.
Bir ömür yaşadım hay-haray kimi,
Bəxtimin yazılan qisməti çaşdı.

Haqsızın qoymadım daşın daş üstə,
Yağıya döndülər, oldular qənim,
Haqq sözün önündə “bəli”, “baş üstə”,
Çiçəyə büründü taleyim mənim.

Haqq dedim, yurdumda üzüm oldu ağ
Qızıla bələndi torpağın təki.
Gördüm ki, qarı dağ, yağışı torpaq
İnsanı insana məhəbbət çəkir.

Buludlar dolanır yurdun başına,
Zülmətə bürünüb hər tərəf, hər yan
Dözməyib yurdunda haqq savaşına
Vətənin qürbətə dəyişir insan.

Nənəm də deyərdi: “Vətənə qalsa,
Dünya da Vətəndir, ondan kim doyar.
Elbəel dolanıb gəzən ev olsa,
Yurdunda qalanın bağrı çatlayar”.

Şərbətdir, dərmandır yurdun nəfəsi,
Çayları kükrəyir insan qanında.
Kim bilmir insanı qul edir nəfsi,
Gödəni boş qalmır soxulcanın da.

Elbəel qaçan var gödən dalınca,
Hər torpaq Ardı »

VƏTƏN ŞEİRLƏRİUlu Öndərim

Sən oldun xilaskarı şanlı Azərbaycanın,
Yaratdın təbəssümü üzündə hər insanın,
Vardır yüksək, bənzərsiz sevgi – məhəbbət sənə,
Könüllərdir məskənin, ürəklərdir ünvanın.

Unutmaz səni əsla millət, Ulu Öndərim!
Söylənilir ruhuna rəhmət, Ulu Öndərim!
Qəbrin dolsun nur ilə, qoy Uca Allahımız
Etsin ərmağan sənə cənnət, Ulu Öndərim!

Sən tək övlad doğmamış heç bir oğul anası,
Sənsən bu yer üzünün bir əvəzsiz dühası,
Qürur duyur isminlə, gözəl əməllərinlə
Nəinki xalqın sənin, qəhrəman türk dünyası.

Unutmaz səni əsla millət, Ulu Öndərim!
Söylənilir ruhuna rəhmət, Ulu Öndərim!
Qəbrin dolsun nur ilə, qoy Uca Allahımız
Etsin ərmağan sənə cənnət, Ulu Öndərim!

Mükəmməl yetişdirdin sadiq xələf İlhamı,
İlhamın Qarabağdır ən əsas arzu – kamı,
Verir firavan həyat xüsusi ləzzət bizə,
Ali Baş Komandana təşəkkür edir hamı.

Unutmaz səni Ardı »

VƏTƏN ŞEİRLƏRİGörüşərik

Vətən dərdi çox ağırdı,
Çox ürək bundan ağrıdı.
Görsəm ki, Vətən çağırdı,
Qarabağda görüşərik.

Bir olmaqdı diləyimiz,
Qoy bir vursun ürəyimiz.
İnşəalah, bir gün də biz,
Ağrıdağda görüşərik.

Ayrı-ayrı yaşasaq da,
Göz yaşında boşalsaq da,
Şaxta-sazaqda qalsaq da,
Bir yaylaqda görüşərik… Ardı »

VƏTƏN ŞEİRLƏRİXocalı Ağısı

Ağlayın dağlar ağlayın,
Uca zirvələr, ağlayın,
Xocalının ah-fəryadı
Kəsməyir, siz də ağlayın,
Köksü, sinəni dağlayın,
Xocalıya yas bağlayın…
Röyalarda gəlir dilə,
Uşaqların qan naləsi,
Xocalının fəryad səsi,
Dağlar, siz də qan ağlayın
Bu dərdi bir soraqlayın…
Ağı desin Azərbaycan,
Cahan eşitsin səsini,
Xocalıda axan qanın,
Ahla, çəksin qüssəsini…
Ağla, Azərbaycan, ağla,
Ağla, Xocalını ağla
Sinə dağla, Qara bağla…
Ağla Xocalını ağla,
Ağla, Azərbaycan ağla…
Ağı bitsin, qəzəb gəlsin,
Yurddan bir savaş,
Səslənsin..
Silahlanaq,
Yaraqlanaq,
Düşmən canına od salaq,
Xalqım, savaşa yollanaq!
Qan tökməsək qisas olmaz,
kədər, qüssə heç vaxt solmaz…
Xocalı qisasa səslər,
Milləti savaşa səslər…
Ağla, Azərbaycan, ağla,
Xocalıya, sən tyas bağla,
Qisas günü yetənədək,
Ağı deyib sinə dağla,
Ağla, Azərbaycan, ağla,
Xocalıya sən yas bağla,
Ağla, Azərbaycan, ağla…
Qan tökməsək qisas olmaz,
Kədər, qüssə heç vaxt solmaz…
Xocalı qisasa səslər,
Milləti savaşa səslər… Ardı »

VƏTƏN ŞEİRLƏRİAzərbaycanım

Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!
De, nemət varmıdır səndə olmayan?
Sərvətdən, qüdrətdən yoğrulub mayan.
Sönməz bir məşəlsən, Şərqə nur yayan,
“Qara qızıl”ındır damarda qanım,
Eşqinlə dolanır, Azərbaycanım!
Vurulur bir dəfə hüsnünə baxan,
Göy Göllə, Kəpəzlə bəzənib yaxan.
Füzuli şerini oxuyanda Xan,
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım! Ardı »

VƏTƏN ŞEİRLƏRİXocalı faciəsi...

O fevral gecəsi şaxtalı bir gün,
Əsası qoyuldu ən böyük zülmün.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır bu matəm günü.

Dünyada heç belə qırğın olarmış?!
İnsan da insanı parçalayarmış?!
Düşmən bu cür açdı öz iç üzünü,
Tanıtdı dünyaya onlar özünü.

Cavana,qocaya,hətta körpəyə,
Aman vermədilər heç bir ürəyə.
Onların bayrağı o gün düzəlmiş,
Süngüyə keçilmiş körpələr imiş!

Həm anaq,anlayaq,unutmayaq biz,
Dünyada yaransın qara himnimiz.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır,bu matəm günü! Ardı »