Fəlsəfə → Sürrealizm
Sürrealizm (fr. surrerealisme – realizmin fövqü) – XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. Yazıçılardan G.Appoliner («sürrealizm» terminini ilk dəfə o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar.Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmə qəribəlik,irrosionallıq,standartlara cavab verməmək xarakterikdir.Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib şüurdankənar arzular dünyasına yönəlmişdilər.Bu cərəyanın müxtəlif növlərinin olmasına baxmayaraq,əsas məqsədi instiktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığıdır.Sürrealizmin banilərindən birinin fikrincə «ruhi xəstələr əsil sürrealistlərdir». Sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı Ardı »