Fəlsəfə → İdeologiya total düşüncə tərzi kimi
İdeologiya varlığa münasibətin bir formasıdır. Hər bir ideologiya dünyaya öz pəncərəsindən baxır. Həyatın hər sahəsində ideologiyanın öz programı olur. İdeologiya həyatı bu program əsasında qiymətləndirir. Ən maraqlısı odur ki, hər bir ideologiya özünün həqiqət olduğunu iddia edir. Siyasətdən tutmuş, etik və estetik dəyərlərədək ideologiyanın öz baxışı olur. Hər bir ideologiya həm də metafizikadır. Onun substansiyası var və dünyanın bu sunbstansiya əsasında konstruksiya edir. (Əslində isə mən bunu dünyanın dekonstruksiyası kimi qiymətləndirirəm). Onun özünəməxsus fəlsəfi mənzərəsini yaradır. İdeologiyalar insanlara xoşbəxtlik bəxş edəcəyini vəd edir. İnsanların, cəmiyyətin gələcəyi ilə bağlı prognozu olmayan, bir utopiyaya sahib olmayan fikir idologiya hesab oluna bilməz. İdeologiyanın yaranmasına Ardı »