Fəlsəfə → Əxlaqi şüur
Müasir tədqiqatçıların çoxu əxlaqda iki, nisbətən müstəqil sahə olduğunu söyləyir: 1) əxlaqi şüur və 2) əxlaqi fəaliyyət (praktika və ya təcrübə). Bəziləri əxlaqda 3-cü elementi də ayırır ki, bu da əxlaqi münasibətlərdir. Lakin əxlaqi münasibətlər əxlaqi fəaliyyətlə (praktika ilə) əlaqədar olduğu üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir.
Əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir. Anlayışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus «dilidir» və bunlarsız əsas ideyaları ifadə etmək mümkün deyil. Ən ümumi anlayışlar kateqoriyalar adlanır ki, bunlar vasitəsilə gerçəklik müxtəlif səviyyələrdə dərk edilir. Əxlaqi Ardı »