Fəlsəfə → Gözəllik - estetik kateqoriya kimi
Dünya estetiklərinin əksəriyyəti belə bir doğru faktı etiraf edir ki ,gözəllik estetikanın ən ümumi ,ən universal kateqoriyası ,estetik qiymətləndirənin ən mühüm amilidir.O istisnasız olaraq obyektiv aləmin bütün təzahürlərini :təbiət və cəmiyyət hadisələrini ,əmək ,ictimai münasibətlər və incəsənət sahələrini əhatə edir.Ən əsası isə budur ki ,gözəllik insanın həyatında mühüm rol oynayır.O,insanlara sevinc bəxş edir ,fərəh gətirir ,həzz verir,onlarda həyat eşqi oyadır.Odur ki ,dünyanın dahi insanları hansı ölkədə və hansı dövrdə yaşamağından asılı olmayaraq, heç vaxt gözəlliyə biganə qalmamış ,ondan ilhamlanmış və onun şərəfinə təriflər söyləmişlər.Məsələn: F.M.Dostoyevski kimi dünya şöhrətli bir yazıçı insanlıq üçün nə dərəcədə vacib rol oynadığını göstərərək yazır:“Bilirsinizmi ,siz Ardı »