Fəlsəfə → Azərbaycanda maarifçilik fəlsəfəsi
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda sosial-tarixi inkişaf müxtəlif ziddiyyətli meyllərdən ibarət olan bir dövr idi. Bütün bu proseslər Azərbaycanın elmi-fəlsəfi fikrinin inkişafına da öz təsirini göstərmişdi. Bu dövrdə gec də olsa Azərbaycanda maarifçilik zəminli ictimai-siyasi təlimlər yaranmış M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçı mütəffəkirlər özlərinin maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər.
A.A.Bakıxanovun «Əxlaqın islahı», «Gülüstani İrəm» əsərlərində məntiq, əxlaq, fəlsəfədən söhbət aparılır. Bakıxanovun dünyagörüşü islama uyğunlaşdırılmış klassik fəlsəfəyə əsaslanmışdır. O, hikmətin (fəlsəfənin) məqsədini təhsil və maariflənməkdən ibarət saymışdır. Onun fikrincə Allahın əvvəlcə yarandığı varlıq dünyada şeyləri tam əhatə etmək nöqteyi-nəzərdən ağıl, şeyləri nizamlamaq baxımından qələm, ilkin və son olması baxımından Ardı »